Əsas Səhifə > Partiya > "MƏN ƏVVƏL AYAZ MÜTƏLLİBOVÇU OLMUŞAM"

"MƏN ƏVVƏL AYAZ MÜTƏLLİBOVÇU OLMUŞAM"


27-08-2013, 11:20
"MƏN ƏVVƏL AYAZ MÜTƏLLİBOVÇU OLMUŞAM"
Bu günlərdə “El” hərəkatının Ali Məclisin sədr мüavinliyindən istefa verən Əflan İbrahimov Hafta.az-a açıqlama verib. Bildirib ki, verdiyi bəyanatla bağlı istintaqda kimlərinsə dindirilməsi ilə bağlı məlumatı yoxdur.

Ə.İbrahimov Cəmil Həsənlinin Milli Şuranın namizədi seçilməsinə münasibət bildirib: “Əli Kərimli çoxdan çalışır ki, hakimiyyət dəyişikliyində iştirak etsin. Nəhayət, 20 il müavini olan Cəmil Həsənlini öz təzyiqi ilə gətirib, Milli Şuranın namizədi etdi. Cəmil Həsənlini Biləcəridən o tərəfə heç kim tanımır. Həm də ki nə rus, nə də ingilis dilini bilmir. Bu adam tərcüməçi ilə hara qədər gedə biləcək?! O bu oyunda qurbanlıq seçilib”.
Əflan İbrahimov beş ay müddətində “El”dən çıxmamasına aydınlıq gətirib: “Mən əvvəl Ayaz Mütəllibovçu olmuşam. O da ölkəyə hazırkı iqtidarın köməkliyi ilə qayıdıb. Mən də Ayaz müəllimə görə İlham Əliyevi dəstəkləyəcəkdim. Rüstəm İbrahimbяyovla bu ilin yanvarın 10-da görüşdüm. Dedi ki, İlham Əliyevi dəstəkləyəcəyik. Sonra isə Eldar Namazovun adını çəkəndə mən etiraz etdim. Dedim ki, Namazov bir papkası, bir də özüdü. 10 ildi bir təşkilat yaratmaq istəyir, heç kim yaxın durmur. Avqustun 21-də “El” hərəkatının iclasında dedim ki, Rüstəm müəllim gələ bilmirsə, birlikdə İlham Əliyevə dəstək verək. Eldar Namazov da, Eldəniz Quliyev də orda idi. Heç bir söz demədilər. Mən də dedim ki, bəyanat verib “El”dən çıxacağam və İlham Əliyevi dəstəkləyəcəyəm. Heç vaxt İsa Qəmbər və Əli Kərimlinin nümayəndəsi olan adamı müdafiə edə bilmərəm”.
Ə.İbrahimov Eldəniz Quliyevin “əlimdə Əflanın iğtişaşa çağırış etməsi haqda video var” deməsinə reaksiya verib. O bildirib ki, ola bilər 20 il əvvəl belə bir şey deyib: “Eldəniz Quliyevdə mənim iğtişaşa çağırışla bağlı videoм varsa, yayımlasın. Ola bilər 20 il əvvəl Ayaz Mütəllibova görə demişəm”.
Sabiq “El”çi Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “Əflan bizim “El”ə yerləşdirdiyimiz adamdı” fikrinə münasibət bildirib. İbrahimov H.Hacıyevi səviyyəsiz adlandırıb və onun seçki kampaniyasına rəhbərlik etdiyini deyib: “Hafiz Hacıyev səviyyəsiz, kobud adamdı. Altı ildir ki, onun üzünü görmürəm. Mən Hafiz Hacıyevin seçki qərargahının rəhbəri olmuşam. Mingəçevirin keçmiş icra baçısı Tahir Baxşaliyev, Aydın Alıyev və seçki üzrə mütəxəssis Çingiz Dadaşov mənim komandamda olub. Biz onun seçki kampaniyasını aparmışıq. Bu gün mənə görə neçə adam “El”dən çıxıb, Hafizin nəyi var?!”.
“Mütəllibovçu” olduğunu desə də, Ə.İbrahimov Araz Əlizadəni dəstəkləməyəcəyini bildirdi: “Araz Əlizadəni heç vaxt dəstəkləmərəm. Mən birbaşa Ayaz Mütəllibovla əlaqəliyəm, danışığım, fikrim də onunladı. Araz Əlizadə xalq tərəfindən qəbul olunmur”.

Geri qayıt