Əsas Səhifə > Güney Press, Araşdırma > AYDIN ƏLİYEVİN "KANTORUNA" ŞOK İTTİHAM

AYDIN ƏLİYEVİN "KANTORUNA" ŞOK İTTİHAM


27-08-2013, 12:34
AYDIN ƏLİYEVİN "KANTORUNA" ŞOK İTTİHAM
Bir müddət əvvəl "Wikileaks" saytının ABŞ-ın Bakıdakı keçmiş səfiri Enn Dersinin narkotraffik probleminə həsr olunmuş məktubunun dərc edilməsi Azərbaycanın narkotik qamaqlmalçıları üçün önəmli tranzit xəttlərindən biri olması faktını ortaya qoydu.

O zaman "Wikileaks" saytının yaydığı məxfi sənəddə Azərbaycan hakimiyyəti ölkəyə qaçaqmalçılıq yolu ilə daxil olan heroinin cəmi 5 faizini dövriyyədən çıxarır. Bu zaman heroinin 95 faizi İrandan daxil olur. Eyni zamanda, narkotraffikin həcmi sürətlə artır.
Sənəddə dolayısı ilə bu məsələdə Azərbaycan Dövlət Gömrük Komitəsi ittiham edilirdi. Dövlət Gömrük Komitəsinin narkomafiya ilə əlbir olmasına işarə vurulurdu. "Hazırda Gömrük Komitəsinin nəqliyyatda narkotiki aşkar etmək üçün ən azı 9 ədəd xüsusi avadanlığı (K-9) var, lakin onlardan nadir hallarda, ya da səmərəsiz istifadə olunur. Azərbaycan sərhədinin cənub hissəsində olan zabit qeyd edib ki, Azərbaycan gömrükçüləri bu avadanlıqla nəqliyyat vasitələrinə səmərəli baxış keçirmək iqtidarında və ya bunda maraqlı deyillər",- deyə sənəddə bildirilirdi.

"Wikileaks" saytının yaydığı bu sənəddən sonra yenidən bu mövzuya qayıtmalı olduq.

Oxucuların diqqətinə çatdıraq ki, Azərbaycanın narkotranzit ölkə olması barədə müxtəlif beynəlxalq hesabatlarda kifayət qədər ciddi faktlar əks olunub. Lakin buna baxmayaraq Azərbaycan hakimiyyəti gömrükdən keçən "ağ tranzit" yolunun olduğu həqiqəti nədənsə qəbul etmək istəmir.
"Wikileaks" saytında yayılan məlum sənəddə bu məsələdə daha çox Dövlət Gömrük Komitəsi ittiham obyekti olduğu üçün bu sahədə çalışanlardan birinin 30gun.az-a bu məsələdə təmsil etdiyi qurumla yanaşı, hüquq-mühafizə orqanlarının da suçu olduğunu iddia etdi: "Doğrudur, əsas məsuliyyət Dövlət Gömrük Komitəsinin üzərinə düşür. Çünki Azərbaycana gətirilən narkotika gömrükdən keçirələrək ölkəyə daxil olur. Və doğrudan da bu qurumda narkotrafikə qarşı mübarizə aparmaqda maraqlı olmayan insanlar var. Lakin elə hallar da olur ki, bu Dövlət Gömrük Komitəsinin iradəsindən kənarda baş verir. Yəni, əslində bütün bunlar sistemli şəkildə "yuxarı"dan idarə olunur. Maraqlar toqquşa bilər və kimlərinsə "malı" ölkəyə buraxılmaz, bu artıq ayrı məsələdir".

Geri qayıt