Əsas Səhifə > Sosial, Manşet > «AZƏRENERJİ»NİN YARATDIĞI ZÜLMƏT

«AZƏRENERJİ»NİN YARATDIĞI ZÜLMƏT


11-01-2012, 12:05
«AZƏRENERJİ»NİN YARATDIĞI ZÜLMƏT

ETİBAR PİRVERDİYEVLƏ BABA RZAYEVİN ORTAQ LAYİHƏSİ

DİA.AZ: - Son beş il ərzində paytaxtın elektrik şəbəkəsində aparılan yenidənqurma, təmir-bərpa işləri nəticəsində şəbəkənin qoyuluş gücü 70 faiz artıb. Son illərdə ölkəmizdə 10 elektrik stansiyası tikilmişdir. Bu gün biz nəinki özümüzü elektrik enerjisi ilə təmin edirik, böyük həcmdə ixrac da edirik. Azərbaycan bütün qonşu ölkələrə - rusiyaya, İrana, Türkiyəyə, Gürcüstana elektrik enerjisi ixrac edir. Lakin hələdə ölkədaxili elektrik enerjisinin verilməsində problemlər yaşanır.

«Bakıelektrikşəbəkə» ASC-nin əməkdaşları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2012-ci il bayram günləri gücləndirilmiş iş rejimində çalışacaqları bildirilmişdi. ASC-dən verilən məlumata görə, bayram və istirahət günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini təmin edəcəyi, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcəyi, baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, tədbirlərin keçirildiyi günlərdə aparılması nəzərdə tutulan bütün işlərin müvəqqəti olaraq dayandırılmasını təmin edəcəkləri söylənilmişdi.

Abonentlərin bayram günlərində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunmaları üçün əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin ediləcəkdi.

Lakin verilən bu vədlər özünü tam doğrultmadı. Bəzi qəsəbələrdə bayram günü elekrik enerjisinin verilməsində mənfi hallar yaşandı. Deyilənə görə, ili necə qarşılasan, bütün il də elə keçəcək. Əgər söylənilən deyimə inansaq, o zaman bu qənaətə gəlmək olar ki, ramana qəsəbəsinin sakinləri bu il ərzində də sözügedən problemlə tez-tez qarşılaşacaqlar.

Elektrik enerjisinin verilməsi ilə bağlı yaranan problemlər daha çox Sabunçu rayonu ərazisində, o cümlədən Qaraçuxur, Yeni Günəşli, Zığ və Hövsanda yaşanır. Həmin ərazilərdə elektrik enerjisi infrastrukturuna nəzarəti «Azərenerji» Səhmdar Cəmiyyəti həyata keçirir.


Geri qayıt