Əsas Səhifə > Sosial, Manşet > KƏRƏM HƏSƏNOVUN "KANTORUNDA" QEYRİ-ADİ OLAYLAR

KƏRƏM HƏSƏNOVUN "KANTORUNDA" QEYRİ-ADİ OLAYLAR


28-08-2013, 11:34
KƏRƏM HƏSƏNOVUN "KANTORUNDA" QEYRİ-ADİ OLAYLAR
DİA.AZ: - Bu il mayın 24-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Şirvanda vətəndaşları qəbul edib. Qəbula gələnlər arasında “Regional İnformasiya Agentliyi” xəbər portalının baş direktoru Ceyhun Abbasov da olub.

DİA.AZ-ın məlumatına görə, agentlik rəhbəri infom.az-a bildirib ki O komitə sədrindən icarə şərtilə onlara yer ayrılmasını istəyib. “Mən də, digər vətəndaşlar kimi, öz xahişimi və problemimi dilə gətirərək vurğuladım ki, Şirvan şəhəri, M. Ə. Rəsulzadə küçəsi, 11 ünvanında yerləşən yaşayış binasının zirzəmisini Agentliyiyə ofis olaraq icarəyə götürmək istəyirəm. Mənzil Kommunal İdarəsinin direktoru Eyyub Gülməmmədovdan həmin obyektin bizə icarəyə verilməsində heç bir problem görülmədiyi haqda arayış aldığımı da Kərəm müəllimin diqqətinə çatdırdım. Görüşdə iştirak edən, Şirvan şəhərində yerləşən ƏMDK-nın 7 saylı ərazi şöbəsinin müdüri Məhəmməd Qanbayev Komitə sədrinə bildirdi ki, bu obyektin icarəyə götürülməsində heç bir problem yoxdur. Sonda isə Kərəm Həsənov ırazi şöbə müdirinə elə yerindəcə tapşırıq verdi ki, “Regional İnformasiya Agentliyi” MMC-nin təsis sənədlərinin surətini, Mİİ-nin bizə verdiyi arayışı və obyektin eskizini çəkib baş idarəyə göndərsin və ən qısa müddətdə həmin obyektin MMC-yə icarəyə verilməsi məsələsini həll etsin.”

Amma Ceyhun Abbasov bir həftəyə yoluna qoyulacağına vəd olunan məsələnin 3 aydır ki, həllini tapmadığını deyir:

“Görüşdən təxminən 1 həftə sonra bütün sənədləri həll edərək Məhəmməd müəllimə təqdim etdim. O, mənə vəd etdi ki, obyektin eskizi çəkilir və ən geci bir həftəyə icarə məsələsi həllini tapacaq. Sənədləri təqdim edəndən 3 gün sonra mənə ƏMDK-dan məktub gəldi ki, nəzərdə tutduğunuz yerin icarəyə götürülməsi ilə bağlı bütün sənədləri toplayıb Şirvan şəhərində yerləşən ƏMDK-nin 7 saylı ərazi şöbəsinə təqdim edin. Halbuki sənədlər bu sorğu gəlməmişdən qabaq aidiyyatı orqana verilmişdi. Artıq təqdim edilən sənədlərin üstündən 3 ay keçib, amma hələ də heç bir cavab alınmayıb. Dəfələrlə bu haqda aidiyyatı dövlət orqanına müraciət olunsa da, eşitdiyim cavab bu oldu: iş Komitəlikdir. Məhəmməd müəllim bizim sənədləri şəxsən öz əli ilə Komitədə Dövlət Əmlakının İcarəyə Verilməsi sektorunun müdiri Qüddəsər Niftəliyevə verdiyini deyir. Sonuncu 3 aydır ki, zəngə cavab vermir. ƏMDK-dən mənə cavab verən operatordan da Qüddəsər müəllimin harada olduğunu öyrənmək mümkün olmayıb.

Görəsən ƏMDK-nin otaqlarındakı daxili nömrələr işləmir, yoxsa Qüddəsər müəllim özünə əziyyət verib vətəndaşların zənginə cavab vermək istəmir? İndi özünüz düşünün, 3 aydır hər gün Qüddəsərin müəllimin otağındakı daxili nömrəyə zəng olunur və bir dəfə də olsun o nömrədən cavab verən olmayıb! Bu haqda ƏMDK-nin 193 nömrəli qaynar xəttinə də zəng edərək öz şikayət etmiş, amma heç bir nəticə əldə edə bilməmişəm. Bir həftə bundan qabaq ƏMDK-nin sədr müavini Rafiq Cəlilova da bu barədə məlumat verilib və məsələnin araşdıracağı vəd olunub. Artıq bir həftədən çoxdur ki, Rafiq müəllimdən də heç bir xəbər yoxdur. Ən maraqlısı isə odur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bizim ofis üçün götürmək istədiyimiz obyektin icarə məsələsinin ən qısa müddətdə öz həllini tapması haqda göstəriş verdiyi halda, 3 aydır ortada ancaq süründürməçilik var. Burdan belə nəticəyə gəlmək olar ki, ya sektor müdiri Qüddəsər Niftəliyev Komitə sədrini saymır, ya da icarə işlərindən anlayışı yoxdur. Ola bilsin Qüddəsər müəllim ümumiyyətlə işə gəlmir, yaxud da obyektin icarəyə verilməsi üçün şəxsi maraqları var və rüşvət umur. Əgər obyekti bizə icarəyə vermək istəmirlərsə, bunun səbəbini desinlər.”


KƏRƏM HƏSƏNOVUN "KANTORUNDA" QEYRİ-ADİ OLAYLAR
Geri qayıt