Əsas Səhifə > Partiya > ZAHİD ORUC SÜKUTU POZDU

ZAHİD ORUC SÜKUTU POZDU


28-08-2013, 11:40
ZAHİD ORUC SÜKUTU POZDU
“Ana vətən” partiyasının keçmiş sədr müavini Zahid Orucun prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürməsi haqda məlumat vermişdik.

Son günlər isə, mətbuat Zahid Orucun aktiv seçki kampaniyası aparmasından yazır. Verilən məlumatlara görə, Zahid Orucun imzatoplama kampaniyasında “Ana vətən” partiyasının üzvləri fəal iştirak edir və bu imzaların toplanması da keçmiş partiya üzvlərinin dəstəyi nəticəsində mümkün olub.

Məsələyə münasibət bildirən “Ana vətən” partiyasının sədri Fəzail Ağamalı isə cəfəngiyyat adlandırıb: “Biz yerli və rayon şöbələrinə tapşırıq vermişik ki, Zahid Orucun seçki kampaniyasında, imzatoplamada heç bir partiya üzvü iştirak etməsin. Bu adam müstəqil şəxsdir və kampaniyasını öz resursları hesabına aparmalıdır. Biz partiyanın bütün resurslarını Ilham Əliyevin qələbəsi üçün səfərbər etmişik” deyə Fəzail Ağamalı bildirmişdi.

Zahid Oruc haqqında deyilənlərə münasibətində bildirdi ki, mən seçki kampaniyamda “Ana vətən” partiyasının resurslarından istifadə etməyi düşünmürəm və bu prinsipə sadiq qalacam: “Bu işdə bizə simpatiyası olan insanlar, bizim düşüncələrimizi paylaşan şəxslər yaxından iştirak edir. Biz seçki kampaniyasını uğurla qurmuşuq və hər hansı qüvvənin imkanlarına ehtiyac duymuruq. Artıq 21000-dən çox imza toplamışıq və tezliklə sənədlərimizi MSK-ya təhvil verəcəyik. Buna görə heç kim narahat olmasın”.

Fəzail Ağamalının qadağasına gəlincə, Zahid Oruc bunları söylədi: “Mən partiya sıralarından azad olanda da demişəm ki, heç kimin bizə qoşulub getməsinə, seçim müəyyənləşdirərkən bizim addımımızı əsas götürməsinə ehtiyac yoxdur. Qapanmış səhifələri təkrar oxumaq, ondan hansısa mövzu düzəltmək qarşıdakı planlarımıza daxil deyil. Hamı anlasın ki, bizim addımımız qanunidir və bizim seçimimizə hörmət eləsin. Mən bu prosesdə partiya resursundan istifadə etmirəm və buna ehtiyacım da yoxdur”.

Geri qayıt