Əsas Səhifə > Partiya > RÜSTƏM İBRAHİMBƏYOVDAN KİM BİRİNCİ İMTİNA ETDİ?
RÜSTƏM İBRAHİMBƏYOVDAN KİM BİRİNCİ İMTİNA ETDİ?28-08-2013, 12:18 |
“Açıq Cəmiyyət Partiyasından olan Milli Şura üzvləri sonuncu sessiyada keçirilən səsvermədə iştirak etməsə də, mən həmin səsvermədə iştirak etdim və əlavə vahid namizəd ideyasının, o cümlədən Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsinin əleyhinə səs verdim”. Bunu APA-ya Açıq Cəmiyyət Partiyası (ACP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Zəminə Dünyamalıyeva deyib. Z. Dünyamalıyeva bildirib ki, Milli Şuranın perspektivini görmür: “Rüstəm İbrahimbəyov avqustun 12-də keçirilən sessiyaya göndərdiyi məktubda bildirmişdi ki, avqustun 15-ə kimi sənədlərinin qaydasına salınması mümkün olmayacaq. Tələsən varsa, hərə öz partiyasından namizədliyini irəli sürsün. Lakin proses başqa cür nizamlandı. Vahid namizədin müəyyənləşməsi və bunun müdafiəsi çox ciddi məsələdir. Biz bu mənada Rüstəm İbrahimbəyovun namizədliyini sona qədər müdafiə etməliydik. Milli Şurada nə etdilər? Mərkəzi Seçki Komissiyasının qərarından əvvəl Rüstəm İbrahimbəyovdan imtina etdilər. Yəni Milli Şura üzvləri çox məntiqsiz və cılız qərara səs verdilər”. Onun fikrincə, irəli sürülən vahid namizədin qeydiyyata alınması uğrunda sona qədər mübarizə aparılmalıydı: “Bu qərar seçkidə iştirakın asan və nəticəsiz yoludur”. Z. Dünyamalıyevanın sözlərinə görə, ACP-nin bu qərarın əleyhinə danışmasına haqqı çatır. Çünki Milli Şuranın yaradılmasında, partiyaların bir araya gəlməsində ACP böyük əmək sərf edib: “Düşünürəm ki, əlavə vahid namizədlə iştirak olan yerdə, bizim yerimiz yoxdur. Bu mövqeyimi partiyada müdafiə etmək niyyətindəyəm”. O, C. Həsənlini də bəzi fikirlərinə görə, tənqid edib: “Avqustun 12-də prezidentliyə namizəd olmaqdan imtina edən şəxs, 10 gün sonra buna razılıq verir. Onun prezident seçkilərində qalib gələcəyinə iddia etməsi isə reallığı əks etdirmir. Çünki bu qısa müddətdə heç bir şəxs uğurlu kampaniya apara bilməz. Heç bir ölkədə bu mümkün olmayıb”. Geri qayıt |