Əsas Səhifə > Şou-biznes > AYNUR TALIBOVADAN ŞOK AÇIQLAMALAR
AYNUR TALIBOVADAN ŞOK AÇIQLAMALAR28-08-2013, 12:25 |
İyunun əvvəlində Azərbaycan televiziyasının ulduzu Aynur Talıbova ana oldu – teleaparıcının Uğur adlı oğlu dünyaya gəldi. Ulduzun ailəsində körpənin dünyaya göz açması mətbuatda ajiotaja səbəb oldu, bəzi mətbu orqanlar bu xoş xəbəri qalmaqallı kontekstdən təqdim etdilər. Əvvəllər şəxsi həyatından danışmayan Aynur Talıbova ilk dəfə verdiyi eksklüziv müsahibədə ailəsi, həyat yoldaşı və oğlu Uğur haqqında danışıb. Oxumeni.az xəbər verir ki, teleaparıcı bilərəkən 38 yaşında ana olduğunu, bu addımı atmağa xüsusilə də maddi cəhətdən hazırlığını bildirib: “Maddi baza olmadan çox çətindir, pul olmasa, doğmaq lazım deyil. Uşağa çox pul sərf olunur və buna görə də möhkəm maliyyə bünövrəsinə sahib olmaq və yalnız bundan sonra uşaq dünyaya gətirmək lazımdır. Məni insanların hətta lazımi vəsaitləri olmadıqda belə “saylarını artırmağa” can atmaları daim heyran qoyur və təəccübləndirirdi. Uşağın dünyaya gəlməsi ilə hər şey pula söykənir, hər bir gələcək valideyn bunu başa düşməlidir” – deyə, A.Talıbova hesab edir. Teleaparıcı həmçinin istədiyi kimi yaşadığını bəyan edib: “Bu gün mən bunu asanlıqla edə bilirəm. Mənim heç vaxt geri çəkilmədiyim və çəkilməyəcəyim həyat mövqeyimlə bağlı valideynlərimlə çoxlu qalmaqal və mübahisələr olub. Dəfələrlə eşitmişəm ki, “normal kişi TV-də işləyən qadınla ailə qurmayacaq”. Bu ayrı-seçkilik məni həmişə pis edib və bu gün də pis edir. Heç vaxt özümü kiminsə qarşısında doğrultmağa çalışmamışam. Mən heç kimə hesabat vermirəm, heç kimdən qorxmuram. Mənə və mənim kimi inşalara qeyri-səmimi, ikiüzlü insanların dünyasında çox çətindir. Mənim üçün qeyri-səmimi və ikiüzlü olmaq qeyri-mümkündür, onlar üçün isə mənim kimi düz insan olmaq anlaşılmazdır” – deyə, o qeyd edib. İctimai rəyə münasibəti barədə sualı cavablandıran A.Talıbova bəyan edib: “Mən ictimai rəyə tüpürürəm! Ona görə ki, bu ictimai rəyin nədən ibarət olduğunu görürəm. Mən özgələrin şəxsi həyatına baş soxmuram, necə ki, bizdə çoxları bunu etməyi xoşlayır. Heç kimi mühakimə etmirəm. Onsuz da Bakıda hər kəs bir-birləri barədə hər şeyi bilir. Hər kəsin ağlı var, lakin istədiyi kimi yaşamağı az adam bacarır, bunu etməyi bacaranlar isə əsasən bacardıqları kimi yaşayırlar. Kimsə açıq şəkildə danışdıqda isə bu insanlarda səksəkə və qorxu hissləri doğurur”. Məşhur teleaparıcı onu tənqid edənlərə də cavab verib: “Mənim haqqımda pis yazılar yazanların həyatında seks yoxdur, onlar heç zaman yataqda orqazm hiss etməmiş bədbəxt qadınlardır. Lakin bununla belə məni tənqid edən qadınların çoxları seksin ən iyrənc növlərindən həzz alır, özlərini “tikdirir”, sonra qırmızı lentli ağ paltar geyinib nümayişkaranə şəkildə ərə gedirlər – belələrinə mən təlxək deyirəm. Lakin onlar həyatı necə yaşamağı öyrətməyə çalışır və mühakimə edirlər. Axı onlar kimdirlər?!” – deyə, A.Talıbova qeyd edib./1news.az/ Geri qayıt |