Əsas Səhifə > Cəmiyyət, Manşet > AKİF MURADVYERDİYEV KİMİN ADINI ÇƏKİB?

AKİF MURADVYERDİYEV KİMİN ADINI ÇƏKİB?


28-08-2013, 15:26
AKİF MURADVYERDİYEV KİMİN ADINI ÇƏKİB?
2005-Cİ İLİN OLAYLARI TƏKRARLANIR

DİA.AZ: - Prezident seçkiləri ərəfəsində 2005-ci ilin 17 oktyabr hadisələrinin təkrarlanması gözlənilir. Bu şok məlumatı DİA.AZ-a hökumət içindəki mənbələr ötürüb.

Qaynaq iddia edir ki, necə ki qeyd olunan tarixdə nəinki hakimiyyəti, az qala bütün ölkəni silkələyən həbslər həyata keçirildi, Əli İnsanov, Fərhad Əliyev, Akif Muradverdiyev kimi qocaman fiqurlar həbsə atıldı, Fikrət Sadıqov kimi vəzifəlilər hakim düşərgədən qovuldu, eləcə də anoloji addımların bu seçki ərəfəsində də həyata keçiriləcəyi gözlənilir.

Mənbənin söylədikləri: «Rusiyanın Azərbaycandakı barmağı aranı qarışdırmaqda idi. Neçə müddət idi ki, bu vəziyyət hakimiyyətin sütunlarını belə təhdid edirdi, artıq rəsmi Bakı özünün uğurlu gedişləri ilə vəziyyəti xeyrinə dəyişə bilib. Amma dəyişiklik davam etməlidir ki, verilən qərar da bununla bağlıdır».

Mənbə iddia edir ki, «Bakıda oturub Rusiyaya pas ötürən» onlarla məmur var ki, onların siyahıları müəyyənləşdirilib: «Bu günlərdə hava limanında həbs edilən Prezidentin İcra Aparatının keçmiş işlər idarəsinin müdiri Akif Muradverdiyev də maraqlı açıqlamalar verib. Onun bəziləri barəsində ifadələr verdiyi haqda xəbərlər var. Təbii ki, bu informasiyalar gərəkincə dəyərləndiriləcək ki, bu da kimlərinsə həbsi deməkdir».

Mənbəmiz onu da əlavə etdi ki, prosesin sentyabr ayından start götürəcəyi şübhəsizdir: «Yenə də əənəvi üsulla ajiotaj məhz seçkilərin qızışma nöqtəsinə təsadüf edəcək. Bu yolla hakimiyyət həm də siyasi rəqibləri ilə bağlı niyyətlərini də həyata keçirmiş olacaq».

Geri qayıt