Əsas Səhifə > Dünya > DEPUTATLAR BİR-BİRİNƏ GİRDİ
DEPUTATLAR BİR-BİRİNƏ GİRDİ27-09-2011, 14:08 |
PARLAMENTDƏ YUMRUQ DAVASI Çərşənbə axşamı Gürcüstan parlamentində dava düşüb. Trend-in məlumatına görə, parlament çoxluğunun nümayəndəsi Akaki Boboxidze keçmiş baş nazir Zurab Noqaidelinin Demokratiya Naminə Birlik Partiyasının nümayəndəsi Petre Mamradzenin üzünə yumruq vurub. Mamradze parlamentin sessiyasında 27 sentyabr - Suxuminin süqutu və Abxaziyanın itirilməsi günü barədə bəyanat verib. O, 2008-ci ilin avqust hadislərində Saakaşvilini günahlandırıb. Mamradze sözünü bitirməyə imkan tapmamış Boboxidze ona tərəf qaçıb və onun üzünə yumruq vurub. İşə başqa deputatlar da qarışıblar. Onlar hirslənmiş Boboxidzeni Mamradzedən ayırıblar. Hadisəni yoluna qoymaq mümkün olub, zərərçəkənə tibbi yardım göstərilib. Geri qayıt |