Əsas Səhifə > Dünya > BAĞDADDA TERROR DAHA 4 CAN ALDI

BAĞDADDA TERROR DAHA 4 CAN ALDI


29-08-2013, 10:28
BAĞDADDA TERROR DAHA 4 CAN ALDI
İraqın paytaxtı Bağdadın şimalında İmam Əbu Hənifə ən-Numan məqbərəsinin qarşısında partlayıcı maddə ilə yüklənmiş avtomobil partladılıb. Terror aktı nəticəsində 4 nəfər ölüb 14 nəfər isə yaralanıb. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, törədilən terror aktına görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, dünən Bağdadın müxtəlif bölgələrində törədilən partlayışlarda ümumilikdə 62 nəfər həyatını itirib, 192 nəfər isə yaralanıb.

Geri qayıt