Əsas Səhifə > Şou-biznes > BƏSTƏKARLAR DA NARAZILIQ EDİR
BƏSTƏKARLAR DA NARAZILIQ EDİR29-08-2013, 12:34 |
Bəstəkarlar Xanım İsmayılqızı və Aygün Səmədzadə son vaxtlar gündəmi zəbt edən bayağı mahnılardan danışıb. Axşam.az-ın məlumatına görə, “Xəzər” telekanalında yayımlanan “”Bizim gün” verilişinə qonaq olan bəstəkarlar bu cür mahnıların yayılmasında telekanalları günahlandırıblar. Xanım İsmayılqızı son vaxtlar tanınmış müğənnilərin də bayağı bəstələr istədiyindən şikayətlənib: “El arasında yayılan bayağı mahnılar bəstəkarların da yaradıcılığına təsir edir. Son vaxtlar müğənni gəlir, o səpgidə mahnılar istəyir. Lirik, gözəl bəstə göstərirsən bəyənmir. Deyir, mənə o üslubda nəsə yaz. Bu bizim bəlamızdır. Bunda efirlər də günahkardır. Əgər telekanallar o cür mahnıların nümayiş edilməsinə qadağa qoysa, müğənni də başa düşər ki onu oxumaq olmaz”. Aygün Səmədzadə isə bəzilərinin sanballı mahnı səsləndirə bilmədiyini deyib: “Bəzən sənətə başlayan yeni biri çıxır dahi sənətkarlarımızın mahnılarını oxuyur. Guya özünü samballı təqdim etmək istəyir. Amma görürsən ki, mahnını pis günə qoyur, oxuya bilmir. Belələrinin elə bayağı mahnı ifa etməsi məsləhətdir”. Geri qayıt |