Əsas Səhifə > Güney Press, Araşdırma > HACI İBRAHİMƏ QARŞI YENİ İTTİHAMLAR

HACI İBRAHİMƏ QARŞI YENİ İTTİHAMLAR


29-08-2013, 13:37
HACI İBRAHİMƏ QARŞI YENİ İTTİHAMLAR
“Nərimanov rayon 16-cı polis bölməsinin tədqiqatçısı polis kapitanı Tərlan Muradov müraciətimi araşdırmır. Şikayətdə cinayət tərkibi olmadığını əsas gətirərək onu dəftərxanasına göndərib” – bu sözləri “Azadlıq”a sahibkar Elşad Məmmədov deyir.

Qeyd edək ki, E.Məmmədov “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmlidən iki dənə mənzil alıb. 355 min manat öul ödəyən sahibkara arayışı “Həsən-96” MTK-nın rəhbəri Emil tağıyevin imzası ilə verilib. Emil Tağıyev Hacı İbrahimin bacanağıdır. Hacı İbrahim bacanağının verdiyi arayışı qanunsuz sayaraq ləğv edib. Nəticədə sahibkara çatacaq mənzil əlindən alınıb. E.Məmədova bununla bağlı aidiyyəti qurumlara 500-dən çox müraciət edib. Hətta iş məhkəmə müstəvəsinə qədər gedib çıxıb. İş çətinliyini görən Hacı İbrahimin adamları sahibkarı təhdid ediblər. Ona müxtəlif nömrələrdən zənglər edərək ölümlə, həbslə hədələyiblər. Nəticədə sahibkar ailəsiylə birlikdə bir müddət Qazax rayonunda yaşamalı olub.

E.Məmmədov başıəna gətirilən olayla bağlı Qazaxda da olsa müraciətlər edib, məhkəməyə üz tutub. Ancaq bütün hallarda günahkar hesab edilərək işə xitam verilib.

Bizimlə söhbət edən sahibkar deyir ki, Hacı İbrahim özünə yaxın olan qəzetlərdə onun “Banditizm”də olduğunu deyib: “Guya mən “Banditizm”də olmuşam və günahım sübuta yetirilib. Qətiyyətlə bildirirəm ki, belə bir hal baş verməyib. Mən ümumiyyətlə “Banditizm”də olmamışam. Olmadığım halda necə izahat yaza bilərəm? Mənə olan təhdidlərlə bağlı niyə polis araşdırma aparmır? Burada insan həyatından söhbət gedir. Mənim, ailəmin başına bir iş gəlsə kim məsuliyyət daşıyacaq?”.

E.Məmnmədov deyir ki, Hacı İbrahimin mühafizəçisi ona zəng edərək “Bandotdel”lə həbs etdirəcəyini bildirir: “Mühafizəçi məni “Bandotdel”lə hədələdi. Bu cür hədə tonu Hacı İbrahimin “Bandotdel”də adamının olduğunu deməyə əsas verir. Əgər belə olmasaydı, orada olmadığım halda idarə “günahımı boynuma almışam” adlı məlumatı məhkəməyə göndərməzdi. Ancaq jurnalistlərdən bir neçəsi “Bandotdel”lə əlaqə saxlayıb və onlarda təsdiqləyiblər ki, mən orada olamışam. Qeydiyyat kitabçasında adım yoxdur. Hamıya bəllidir ki, “Bandotdel”lə gedən adamın adı qeydiyyat kitabçasına düşür və mənim o siyahıda adım yoxdur”.

Geri qayıt