Əsas Səhifə > Şou-biznes > RƏQSANƏ QATİLƏ ÇEVRİLƏ BİLƏR
RƏQSANƏ QATİLƏ ÇEVRİLƏ BİLƏR12-01-2012, 11:35 |
"BU ÇİRKİNLİKLƏRƏ EHTİYACIM YOXDUR" Day.Az saytına müsahibəsində üzləşdiyi son qalmaqallardan danışan ifaçı növbəti dəfə övladlarının müdafiəsinə qalxıb: "Həyatın bütün üzlərini görmüşəm. Ona görə də haqqımda nə istəsələr, yaza bilərlər. Amma heç kimin ailəmə, övladlarıma toxunmağa haqqı yoxdur. Övladıma görə savaşa başlamışam və sonadək gedəcəyəm", - deyə Rəqsanə qeyd edib. Müğənni baş verənlərin reklam kimi qəbul edilməsini doğru saymır: "Bu çirkinliklərə ehtiyacım yoxdur. Çünki o, mənə heç bir xeyir gətirmir. İkinci qızım dünyaya gəldikdən sonra qalmaqal etməyəcəyimə söz vermişdim. Efirlərdə haqqımda ağızlarına gələni danışsalar da, susurdum. Amma bu dəfə özümü saxlaya bilmədim". Aydındır ki, Rəqsanə bu fikirlərini bir müddətdir qalmaqal yaşadığı keçmiş produseri Təranə Səmədova haqda deyir. Amma maraqlıdır ki, o, baş verənlərdə Təranəni günahlandırmır: "Araşdırma gedir və hər şey üzə çıxacaq. Təranəni buna artıq 1 ildir mənə yaşamağa imkan verməyən 2 kişi məcbur edir. Onlar dəfələrlə məni hədələyiblər, döyüblər, amma mən susmuşam. Hamını bağışlaya bilərəm, amma Təranəni yox! Çünki heç kimin övladlarıma toxunmaq haqqı yoxdur. Onlara görə hətta insan da öldürə bilərəm!" Geri qayıt |