Əsas Səhifə > Sosial, Manşet > NAZİRLİYİN İŞÇİSİ MİKAYIL CABBAROVU ALDADA BİLİB
NAZİRLİYİN İŞÇİSİ MİKAYIL CABBAROVU ALDADA BİLİB30-08-2013, 10:49 |
YENİ NAZİR QANUNSUZ TƏLƏBƏ KÖÇÜRMƏLƏRİNƏ NƏDƏN RAZILIQ VERİB? DİA.AZ: - Təhsil Nazirliyinin özəl ali məktəblərlə iş üzrə koordinatoru İlyar Vahabovun fəaliyyəti, qanunsuz tələbə köçürmələrinə yol verdiyi ilə bağlı informasiyalar mətbuatda vaxtaşırı olaraq gündəmə gəlsə də, ona “gözün üstə qaşın var” deyən yoxdur. DİA.AZ bildirir ki, bur barədə “tia.az” portalı xəbər yayıb. Təhsil ictimaiyyəti İlyar Vahabovun hamisi Misir Mərdanovun istefasından və onun yerində gənc kadr Mikayıl Cabbarovun təyinatından sonra onun fəaliyyətinə nəhayət hüquqi qiymət veriləcəyini gözləsə də, ehtimallar özünü doğrultmadı. Redaksiyaya nazirlikdəki məlumatlı mənbədən daxil olan informasiya da bu əsnada təsadüfi sayıla bilməz. Portalımızı bilgiləndirən qaynaq qeyd edir ki, Mikayıl Cabbarovun nazir təyinatından sonra dəfələrlə İlyar Vahabovun qanunsuz fəaliyyəti və ona qarşı tədbir görülməsi məsələsi gündəmə gəlsə də, o ustalıqla özünü qorumağı bacarıb. Ona qarşı ölçü götürülməsini tələb edən nazirliyin funksionerləri haqqında kompromatlar yığan İlyar Vahabov nəhayət bu günlərdə Mikayıl Cabbarovu qanunsuz tələbə köçürmələri məsələsində razı salmağa nail olub. Onun guya qanunsuz tələbə köçürmələri yolu ilə xaricdə təhsil alan tələbələrin təhsilə yönəltdiyi xərclərin ölkə büdcəsinə daxil olması ilə bağlı “arqumentləri” naziri bu məsələdə geri çəkilməyə təhrik edib. Xatırladaq ki, İlyar Vahabov Dağıstanda fəaliyyət göstərən və imthanasız qəbul həyata keçirən özəl universitetlərdə təhsil alan tələbələrin qanunsuz yollarla Azərbaycan universitetlərinə köçürülməsi, xaricdə təhsil adı ilə abituriyentləri yüksək “hörmət” qarşılığında digər dövlətlərin ali məktəblərinə düzəldən şirkətlərə hamilik etməsi ilə ad çıxarıb. Qarşı tərəfi dinləməyə hazırıq... Geri qayıt |