Əsas Səhifə > Dünya > MİSİRDƏ VƏZİYYƏT DURULMUR

MİSİRDƏ VƏZİYYƏT DURULMUR


30-08-2013, 10:58
MİSİRDƏ VƏZİYYƏT DURULMUR
Misirin təhlükəsizlik qüvvələri “Müsəlman Qardaşlar” hərəkatının daha 28 aparıcı üzvünü həbs edib.

Xəbərə görə, Misirin “Müsəlman Qardaşlar” və legitim hakimiyyəti müdafiə edən Milli Aliyans ölkə xalqını bu gün- cümə günü küçələrə çıxmağa çağırıb.

Misirin Daxili İşlər Nazirliyi isə müxalifətin zorakı addımlarının odlu silahla cavablandırılacağını bəyan edib. Nazirliyin bəyanatında bildirilir ki, təhlükəsizlik qüvvələri qanuna qarşı atılan addımların qarşısını almaq üçün bütün hazırlıqlarını görüb.

Misirin təhlükəsizlik mənbələrindən gələn xəbərlərdə deyilir ki, onlar Müsəlman Qardaşlar hərəkatının 28 aparıcı üzvünü həbs edə bilib. Həbs edilənlərin arasında hərəkatın əsas rəhbərlərindən olan Məhəmməd Bəltacini tutub.

Geri qayıt