Əsas Səhifə > Partiya > PREZİDENT ADMİNİSTRASİYASINDAN MİLLİ ŞURAYA REAKSİYA

PREZİDENT ADMİNİSTRASİYASINDAN MİLLİ ŞURAYA REAKSİYA


30-08-2013, 11:25
PREZİDENT ADMİNİSTRASİYASINDAN MİLLİ ŞURAYA REAKSİYA
Azərbaycan Prezident Administrasiyası (PA) Milli Şura rəhbərliyinin London səfərə dəvət edilməsinə münasibət bildirib.

APA-nın məlumatına görə PA-nın şöbə müdiri Elnur Aslanov jurnalistlərə açıqlamasında bildirib ki, istənilən şəxsin turist səfəri normal qarşılanır.

E. Aslanov qeyd edib ki, istər müxalifət, istərsə də hansısa siyasi partiya üzünün xaricə gedib gəzməsi, istədiyi görüşləri keçirməsi Azərbaycanda çox normal qarşılanır: “Çünki ölkədə demokratik seçki abı-havası var. Bu baxımdan kiminsə harasa səfər etməsi və görüşlər keçirməsi normal haldır”.

E. Aslanov müxalifətə Londondan, Qərbdən dəstək verilməsi ilə bağlı məlumatlara isə belə münasibət bildirib: “Kimlərinsə kiməsə dəstəyindən danışdıqda, son vaxtlar müxtəlif ölkələrin rəhbərlərinin, təmsilçilərinin Azərbaycana səfərlərini, cənab prezidentlə görüşlərini və imzalanan sənədləri nəzərdən keçirsək, görərik ki, Azərbaycanda aparılan uğurlu siyasət, ortaya qoyduğu sosial iqtisadi inkişaf, siyasi sabitlik necə və hansı səviyyədə dəstəklənir”.

Geri qayıt