Əsas Səhifə > Güney Press, Üçüncü sektor > TANINMIŞ VƏKİLDƏN KEÇMİŞ REKTORA İLGİNC İTTİHAMLAR

TANINMIŞ VƏKİLDƏN KEÇMİŞ REKTORA İLGİNC İTTİHAMLAR


30-08-2013, 11:41
TANINMIŞ VƏKİLDƏN KEÇMİŞ REKTORA İLGİNC İTTİHAMLAR
«…Bu gün ölkənin bütün Azərbaycan və rus dilli KİV və portallarının xəbər başlıqlarında Elşad Abdullayevin Fransada universitet açması barədə xəbərlərini oxudum və məni təəccüb bürüdü…».

Bu sözləri ABU Tələbələrinin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri, tanınmış vəkil Ramiz Zeynalov «Təzadlar»a bildirdi. Vəkil əlavə edərək qeyd etdi ki, «İndiyədək Komitəyə 4 mindən çox tələbə və valideyn yazılı ərizə ilə müraciət edib, Elşad Abdullayevin yaratmış olduğu ABU adlı cinayətkar yuvada aldadılaraq pullarının necə alınması, onlara tələbə olmaları barədə saxta sənəd və diplomların necə verilməsi, rüşvətin bu qondarma universitetdə necə yığılması, qohum-əqrabadan ibarət mütəşəkkil cinayətkar dəstənin bu işdə necə rol alması və s. barədə yazıblar. Elə ailələr var ki, sələmə külli miqdarda pul götürüb Elşad Abdullayevə və ya onun əlaltılarına veriblər, hələ də faiz ödəyirlər, borc içində itib-batırlar. Həmçinin E.Abdullayev rüşvət hesabına hərbi xidmətdən yayındırılması üçün və ya möhlət hüququ əldə edilməsi üçün hərbi komissarlıqlara verilməsindən ötrü saxta arayışlar satmışdır. Gənclərin özlərinin, yaxud valideynlərinin bu ərizələrinin hamısı Baş Prokurorluqda Elşad Abdullayevin barəsində rüşvət alma və vermə, həmçinin istintaq edilən digər cinayətlərinin istintaq materiallarına əlavə edilməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Çox güman ki, ABU məsələsi ayrıca epizod kimi istintaq ediləcək və tezliklə bu cinayət işi üzrə istintaq olunan istintaq materialları üzrə qərar qəbul olunaraq Elşad Abdullayevin barəsində olan materiallar həm də Fransanın hüquq mühafizə orqanlarına göndəriləcək. Təbii ki, Fransa hakimiyyəti Elşad Abdullayevin təhsil sahəsindəki cinayətkar hərəkətlərindən xəbərdardır və dünyada çox məşhur olan çoxsaylı ali təhsil müəssisələri ola-ola, belə bir dələduzun bu ölkədə saxta universitet açmasına imkan verməz.

İkincisi, ABU Tələbələrinin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri kimi topladığım ərizələr və digər sənədlər Fransanın Azərbaycandakı Səfirliyinə də göndərilib və çox güman ki, səfirlik öz ölkəsini bu sənədlər və informasiyalarla məlumatlandırıb.

Üçüncüsü: Fransadakı yüksək dərəcəli və tanınmış universitetləri qoyub Elşad Abdullayev kimi fırıldaqçının yaratdığı universitetdə kim oxumaq istəyər?

Nəhayət, görəsən, Elşad Abdullayev Fransa universitetlərində hansı dildə dərs deyəcək? Axı o, heç nəinki Fransız və ingilis dilini bilmir, rus dilini heç bilmir, hətta Kürdəmirlilərin belə dilini hələ də öyrənə bilməyib, bəs tələbələrə hansı dildə savad öyrədəcək???»

Geri qayıt