Əsas Səhifə > Sosial, Manşet > BAKI MERİ POSTU UĞRUNDA ACIMASIZ SAVAŞ BAŞLAYIR

BAKI MERİ POSTU UĞRUNDA ACIMASIZ SAVAŞ BAŞLAYIR


30-08-2013, 12:43
BAKI MERİ POSTU UĞRUNDA ACIMASIZ SAVAŞ BAŞLAYIR
NAZİR ÖZ QARDAŞINI GƏTİRƏ BİLMƏSİ ÜÇÜN MARAQLI YOLLARA ƏL ATIB

DİA.AZ: - Bu günlərdə məlumat verərək bildirmişdik ki, hazırda Şəki rayonuna rəhbərlik edən icra başçısı Elxan Usubovun bəxti üzünə gülə bilr. Belə ki, onun qarşıdan gələn prezident seçkilərindən sonra həyata keçirilməsi nəzərdə tutulan kadr islahatları zamanı Bakı şəhər icra hakimiyyətinin başçısı vəzifəsinə gətirilməsi nəzərdə tutulub.

Bununla bağlı DİA.AZ-a yeni məlumatlar daxil olub. Hökumət içindəki mötəbər mənbənin redaksiyamıza bildirdiklərindən belə aydın olur ki, Elxan Usubovun Bakı meri postuna gətirilməsi təşəbbüsləri təbii olaraq süngü ilə qarşılanmaqdadır:

«Məlumdur ki, neçə müddətdir Bakı meri postu uğrunda iqtidariçi güc mərkəzləri arasnda bir çəkişmə var. İllər ərzində bu vəzifəyə müxtəlif şəxslərin təyin olunacağı haqda xəbərlər yayılmaqdadır. Amma bunları heç biri baş vermədi. Bu isə o demək deyil ki, iddialılar fikirlərindən daşınıblar. Hətta bu gün Sumqayıta rəhbərlik edən Eldar Əzizov belə Hacıbala Abutalıbovun kürsüsündə oturmağı xəyallarında yaşadır».

Mənbəmizin bildirdiyinə görə, amma hələ də ciddi müqavimət göstərənlər var ki, onlardan biri də müdafiə sənayesi naziri Yavər Camalovdur. İddialara görə, nazir hazırda Şirvan rayonuna rəhbərlik edən qardaşı Mərdan Camalovu Bakıda, yanında görmək istəyir və onun Bakı ŞİH-ə rəhbər gətirilməsi üçün qollarını çoxdandır çırmayıb.

Mənbənin söylədikləri: «Təbii ki, o, Elxan Usubovla bağlı qətiləşmiş qərara qarşı müqavimətini ortaya qoymalı idi. Qoyub da. Bunun ilkin işartıları seizlməkdədir. Məsələn, bu günlərdə prezident Şəkidə oldu. Artıq bu səfərlə bağlı müxtəlif şaiyələr yayırlar ki, guya Şəkinin icra başçısı prezidentə yalan hesabatlar verib.

Eyni zamanda Elxan Usubovun gözdən salınması üçün ona qarşı kompromat xarakterli materiallar da hazırlanır ki, yaxın günlərdə həmin faktların mətbuatda yer alacağı şübhəsizdir».

İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt