Əsas Səhifə > Sosial, Manşet > MASALLI ÜSYANININ ŞOK TƏFƏRRÜATLARI

MASALLI ÜSYANININ ŞOK TƏFƏRRÜATLARI


12-01-2012, 12:58
MASALLI ÜSYANININ ŞOK TƏFƏRRÜATLARI

DAŞKƏSƏNDƏN MASALLIYA NÜFUZ EDƏN ƏHƏD ABIYEV ÇƏTİN DURUMDA

DİA.AZ: - Son parlament seçkilərində mandatını itirmiş Əhəd Abıyevin sonradan Daşkəsən rayonuna icra başçısı təyin edilməsi bir çoxlarının təəccübünə səbəb oldu. Çünki seçkilərdə çox passiv iştirak edən və barəsində artıq «vurulmuş kadr» imici yaradılan Abıyevin yenidən haki komandaya dönüşünün olmaması barədə məlumatlar həmin ərəfədə çox populyar idi.

Amma buna rəğmən Əhəd Abıyev icra başçısı postuna təyin edildi. Və bununla da daşkəsənlilərin qara günləri başladı. Əslində deputat olduğu zaman da özünün məlum mövqeyi səbəbindən cəmiyyət tərəfindən heç də xoş birisi kimi qəbul edilməyən Abıyevin Masallıdakı dayaqlarının zəiflədiyi məlum oldu. Lakin Daşkəsənin «fəthin»dən sonra Abıyev yenidən Masallıya nüfuz etmək marağına girişdi.

Bunun nəticəsidir ki, bir müddət əvvəl Masallı rayon Ziyalılar Birliyi adından baş verən hərəkətlənmələrdə Əhəd Abıyevin adı bir təşkilatçı olaraq hallandırıldı. Doğrudur, Ziyalılar Birliyinin Masallı icra başçısına qarşı aksiyalar həyata keçirən nümayəndələri Əhəd Abıyevlə əlaqələrinin olmamasında israr etdilər. Lakin fakt faktlığında qalmaqda idi.

Və artıq bu yöndə çox ciddi araşdırmaların aparıldığı və Əhəd Abıyevin Masallıda icra başçısına qarşı, yəni yerli rəhbərlik əleyhinə bir üsyanı planlaşdırdığı da demək olar ki, sübuta yetirilib.

Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını (dia-az.life) məlumatlandıran hökumət içindəki mötəbər qaynaqlar iddia edir ki, Masallı rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Əhəd Abıyevin Masallının deputat mandatını cibində gəzdirməsinə baxmayaraq, onun bütün imkanlarını rayonda məhdudlaşdırmaq xəttini tutubmuş. Və bu da nəticədə icra başçısı ilə sabiq deputatın toqquşmasına nədən olub. Hətta Əhəd Abıyev mandatından istifadə edərək zaman-zaman parlament tribunasını Qəzənfər Ağayevə qarşı istifadə də etdi. Onun ən məşhur ittihamları arasında isə Qəzənfər Ağayevin İrandan start götürən narkotranzitlərdən birinə rəhbərlik etməsilə bağlı idi.

Bunları xatırladan mənbəmiz isə bildirir ki, elə bu ittihamları da Əhəd Abıyevin bitirilməsinə səbəb olmuşdu. Lakin yenidən birbaşa olaraq Xüsusi Dövlət Mühafizə İdarəsinin rəis müvini Bəylər Əyyubovun dəstəyi ilə hakim komandaya dönüş etməyə müvəffəq olan Əhəd Abıyev köhnə ədavətini da davam etdirmə qərarını verib.

Mənbəmiz bildirir ki, bu yöndə cərəyan edən olaylara nəhayət ki, hakimiyyətin üst düzəyi də reaksiya verərək, müvafiq araşdırmalar həyata keçirib. Nəticəsinin isə Əhəd Abıyevin əleyhinə olduğu bildirilir: «Araşdırmalar zamanı məlum olub ki, əslində Masallı Ziyalılar Birliyi Əhəd Abıyevin maliyyə dəstəyi ilə formalaş bir təşkilatdır və bu qurumun başlıca məqsədi Qəzənfər Ağayevin rayondan uzaqlaşdırılmasından ibarətdir. O devriləndən sonra isə Əhəd Abıyev öz qardaşını rayona başçı gətirməyi düşünür».

Artıq bu faktların tam təsdiq olunduğunu söyləyən mənbəmizə görə, məsələ ilə bağlı «yuxarılar» Əhəd Abıyevi ciddi şəkildə danlayıblar: «Hətta bu xəbərdarlıq çox sərt mahiyyət də daşıyıb. Neçə gün Əhəd Abıyevin özünə gəlmədiyi də məlumdur».

Mövzu diqqətimizdədir….


Geri qayıt