Əsas Səhifə > Partiya > YAP-IN AĞDAM TƏŞKİLATI MİLLİ ŞURAYA DƏSTƏK VERİR?

YAP-IN AĞDAM TƏŞKİLATI MİLLİ ŞURAYA DƏSTƏK VERİR?


2-09-2013, 11:06
YAP-IN AĞDAM TƏŞKİLATI MİLLİ ŞURAYA DƏSTƏK VERİR?
YAP-ın Ağdam rayon təşikilatı sədri İsgəndər Quliyev barəsində PİA.AZ-a ilginc məlumatlar daxil olub

Ağdamdan redaksiyamıza ünvanlanan məlumatda bildirilir ki, İsgəndər Quliyevin qohumları Ağdamda Milli Şuranın əsas dəstəkçilərindən biri kimi çıxış edirlər.

Daxil olan məlumata görə İsgəndər Quliyevin qohumları, konkret olaraq əmisi oğlanları və həmçinin başqa qohumları Milli Şuranın Cəmil Həsənli üçün imzatoplama kampaniyasında aktiv iştirak edirlər. Həmçinin bildirilir ki, İsgəndər Quliyevin qohumları Milli Şuranın rayonda toplantılarını keçirmək üçün əsas təşkilatçı kimi çıxış edirlər. Onlar açıq şəkildə əhali arasında Milli Şuranın namizədini təbliğ edirlər. Mənbəninin bildirdiyinə görə YAP-ın Ağdam rayon təşikilatı sədri qohumlarının fəaliyyətindən xəbərdar olsa da, onların fəaliyyətini durdurmaq üçün heç bir addım atmır.

Həmçinin məlumatda o da qeyd olunur ki, İsgəndər Quliyev YAP-ın Ağdam rayon təşikilatının aylıq 4000 manatlıq büdcəsini talayır. Belə ki, mənbəninin sözlərinə görə İsgəndər Quliyev YAP-ın Ağdam rayon təşikilatında lazımsız ştatlar saxlayır, həmin ştatlara öz qohumlarının adını yazaraq YAP-ın pullarını maaş olaraq mənimsəyir. Belə ki, İsgəndər Quliyev çoxlu sayda süpürgəçi, bağban, sürücü və s. ştatlar saxlayır. Halbuki, YAP-ın Ağdam rayon təşikilatının həyətinin və binasının təmizlənməsi ilə Ağdam kommunal təsərrüfat idarəsinin işçiləri məşğul olurlar.

Məlumatda o da qeyd olunur ki, İsgəndər Quliyev YAP-ın Ağdam rayon təşikilatın VAZ 21099 maşınını mənimsəyərək oğlunun istifadəsinə verib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt