Əsas Səhifə > Dünya > O UŞAQ BÖYÜMƏMƏLİ İDİ...
O UŞAQ BÖYÜMƏMƏLİ İDİ...2-09-2013, 11:42 |
"Bəşər Əsəd güclü lider xarakterinə sahib deyildi. Çox kübar, amma gücsüzdü. Məncə həkim olaraq qalmalı idi". ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bunu Suriya lideri Bəşər Əsədin Londonda yanında təcrübə keçdiyi yanında təcrübə keçdiyi göz həkimi Edmund Şhulenburq deyib. Əsəd İngiltərənin şahzadələrin doğulduqları xəstəxana kimi tanınan "St Mary’s" xəstəxnasının göz cərrahiyəsi şöbəsində 1992-ci ildə 18 ay təcrübə keçib. Həkimin sözlərinə görə, o zaman Bəşər Əsəd indiki imicindən çox uzaq olub. “O duyğusal, dəqiq və çox kübar bir gənc idi. Onduqca sadə idi. Suriyadakı həyatından, ailəsindən heç bəhs etməz, amma sual verildikdə dəqiq cavab verərdi. Onun dövlət başçısının oğlu olduğu hiss edilmirdi". Oftalmoloq Şhulenburqun Əsədin gənc həyat yoldaşı Əsma Əsəddən də çox xoşu gəlib. Onun sözlərinə görə, Suriyanın birinci xanımı çox diqqətcil və ağıllıdır. "Biz 2005-ci ildə Dəməşqə səfər etdik. O rəsmi maşınla bizi hava limanından gətizdirdi. O, Suriyanı modern bir ölkəyə çevirməyi planlaşdırırdı. O əsla kimyəvi silahdan istifadə etməzdi. Bu barədə qərarı başqaları vermiş ola bilər". Geri qayıt |