Əsas Səhifə > Sosial, Manşet > KEÇMİŞ KOMMUNİST LİDER QAYIDIR
KEÇMİŞ KOMMUNİST LİDER QAYIDIR12-01-2012, 13:34 |
ƏBDÜRRƏHMAN VƏZİROV DA KREMLƏ BU MƏQSƏDLƏ AĞIZ AÇIB DİA.AZ: - Eks-prezidentlər haqqında qanunun bu ilin may ayında qüvvəyə minmə ehtimalları var. Bildirək ki, bununla da keçmiş dövlət başçıları və onların yaxınları xüsusi status və imtiyazlar əldə etmiş olacaqlar. Deyəsən, eks-prezident Ayaz Mütəllibovun Azərbaycana dönə bilməsi və rəsmi Bakının ona münasibətdə kifayət qədər insani davranması digər siyasi mühacirləri də ürəkləndirib. Bu, redaksiyamıza daxil olan məlumatlardan da aydın olur. Belə ki, 20 Yanvar Faciəsinin əsas səbəbkarlarından biri kimi göstərilən, rus qoşunlarının Azərbaycana daxil olmasına icazə verən, habelə bununla bağlı barəsində cinayət işi açılan ölkənin keçmiş rəhbərlərindən biri Əbdülrəhman Vəzirovun bu yaxınlarda Bakıda olduğu barədə məlumat yayılıb. “Dünya” İnformasiya Agentliyinə (dia-az.life) etibarlı mənbələrdən verilən məlumata görə, Vəzirov bu yaxınlarda paytaxdan kənarda o qədər də məşhur olmayan restoranların birində peyda olub. Mənbənin iddiasına görə, balıq kababı verilən restorana gələn sözügedən şəxs orada bir xeyli araq da içib. Həmin iddialara görə, Vəzirovun yanında heç kim olmayıb və o, hər dəfə balıq kababından yedikcə Xəzər balığı və Azərbaycan üçün darıxdığını deyirmiş. Həmin məlumatda vurğulanır ki, həddindən artıq çox araq içən Vəzirov sonda masanın üzərində yuxulamağa başlayıb. Bunu görən xidmətçilər onun qaldırmağa çalışıblar. Bir müddət sonra isə xarici maşın gəlib, onu götürərək aparıb. Qeyd edək ki, Əbdülrəhman Vəzirov barəsində cinayət işi qaldırılıb və onun ölkəyə gəlişi qadağan edilib. Hətta Baş Prokurorluğun bununla bağlı rəsmi sərəncamı var ki, sözügedən şəxs Azərbaycan ərazisinə daxil olarsa, dərhal həbs olunsun və məhkəmə qarşısına çıxarılsın. Onun vəzifə başında olarkən ağır dövləti cinayət işlətdiyi barədə qaldırılmış iddiaya görə mühakimə olunması nəzərdə tutulur. Belə olan təqdirdə, Vəzirovun Bakıya gələ bilməsi, hətta şəhər kənarındakı restoranlardan birində maneəsiz yeyib-içərək getməsi bir qədər inandırıcı görünmür. Amma onu da istisna etmək olmaz ki, Vəzirov Bakıya gələ bilər. Çünki indi ölkədə kifayət qədər nəzarətsizlik var və bu səbəbdən də o, pulunu verib ölkənin içində istədiyi şəkildə hərəkət edə bilər. Mənbələr bildiri ki, Bakıya pratsayağı gələn keçmiş kommunist lider birdəfəlik olaraq vətən dönmə niyyətindədir və hətta Vəzirov bununla bağlı Kremldən araçılıq etmələrini də xahiş edib. Geri qayıt |