Əsas Səhifə > Cəmiyyət, Manşet > RUSİYADAN RƏSMİ BAKI QARŞISINDA DAHA BİR TƏLƏB
RUSİYADAN RƏSMİ BAKI QARŞISINDA DAHA BİR TƏLƏB2-09-2013, 14:14 |
RÜSTƏM İBRAHİMBƏYOVUN VƏTƏNDAŞLIĞI ALINSIN DİA.AZ: - Redaksiyamıza Rusiyada yaşayan bir qrup azərbaycanlı tərəfindən müraciət ünvanlanıb. Bildirək ki, DİA.AZ-ın elektron ünvanına göndərilən müraciəti Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamları imzalayıb. Soydaşlarımız qarşıdan gələn prezident seçkiləri ilə bağlı narahatçılıqlarını ifadə etməklə yanaşı, hazırda Rusiyada yaşayan tanınmış kinorejissor, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovla bağlı sərt tədbirlərin atılmasını da vacib hesab edirlər. DİA.AZ-a daxil olan müraciətdə deyilir: «Rüstəm İbrahimbəyovun Azərbaycana qarşı layihələrdə iştirakçı olması hər birimiz üçün utancvericidir. Biz Rusiyada yaşayan azərbaycanlılar hər zaman prezident İlham Əliyevi dəstəkləmişik. Bunu Rusiyada yaşayan azərbaycanlıların keçən seçkilərdə səsvermədə aktiv iştirak etmələri, həmçinin böyük çoxluqla hazırki prezidentə səs vermələri faktı da sübutlayır. Amma buna baxmayaraq, bu gün bizim də dünənə qədər hörmətlə yanaşdığımız Rüstəm İbrahimbəyov Rusiyanın əlində oyuncaq kimi istifadə olunur. Azərbaycan dövləti əleyhinə kampaniyada iştirak edir ki, biz də bunu yolverilməz hesab edirik. Həmçinin Azərbaycan dövlətindən xahiş edirik ki, onun bu addımına layiqli hüquqi qiymət verilsin, Rüstəm İbrahimbəyov Azərbaycan vətəndaşlığından çıxarılsın». Qeyd edək ki, redaksiyamıza daxil olan müraciəti aşağıdakı soydaşlarımız imzalayıb: Əliyev Zaur Murad oğlu, İsmayılov Fəxrəddin Ziyadxan oğlu, Nadirov Vaqif Qiyas oğlu, Cəbrayılov Fərruz Əlizaman oğlu, Sultan Qasımov, Şahin Şıxlinski və başqaları. Geri qayıt |