Əsas Səhifə > Siyasət, Manşet > İCRA BAŞÇISINA 4 İL GECİKMİŞ CƏZA

İCRA BAŞÇISINA 4 İL GECİKMİŞ CƏZA


12-01-2012, 13:48
İCRA BAŞÇISINA 4 İL GECİKMİŞ CƏZA

PREZİDENTİ ALDATMIŞ VİLYAM HACIYEV SIRADAN ÇIXARILIR

DİA.AZ: - Neçə müddətdir ki, rayon icra başçılarının yeni «yarpaq tökümü» sezonuna start veriləcəyi barədə məlumatlar yayılsa da, lakin bu istiqamətdə heç bir yenilik müşahidə olunmur. «Dünya» İnformasiya Agentliyinə (dia-az.life) Nazirlər Kabinetinəki qaynaqlardan verilən bilgidə isə vurğulanır ki, artıq bir sıra yeniliklərə imza atıla bilər.

Bu barədə danışan məlumatlı qaynağın iddiasına görə, hakimiyyətin üst düzəyində bir neçə rayonunun icra başçısı ilə bağlı yekun qərar verilib: «Artıq qəti qərar var, sadəcə olaraq bu qərarın nə zaman icra olunacağı, icraya yönəldiləcəyi məlum deyil. Amma yaxın günlərdə bu işin baş verməsi gözləniləndir».

Məlumatlı mənbə bildirir ki, «vurulacaq» icra başçıları sırasında 2008-ci ilin mart ayının 3-də prezident İlham Əiyevə yeni təmir olunmuş, günü bu gün də çayxana kimi istifadə olunan iaşə obyektini «Şahmat Evi» kimi təqdim edib, lentini kəsdirən Samux rayonunun icra başçısı Vilyam Hacıyev də var. Bildirək ki, Vilyam Hacıyev Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin doğmaca əmisi oğludur. Onların bir qohumları - müxalifətçi mövqeyi ilə seçilən gənc fəal Bəxtiyar Hacıyevdir ki, o da hazırda həbsdə saxlanılır.


Geri qayıt