Əsas Səhifə > Partiya > İSLAM PARTİYASI SEÇKİ TAKTİKASINI AÇIQLADI

İSLAM PARTİYASI SEÇKİ TAKTİKASINI AÇIQLADI


3-09-2013, 11:22
İSLAM PARTİYASI SEÇKİ TAKTİKASINI AÇIQLADI
Azərbaycan İslam Partiyası (AİP) heç bir siyasi bloka qoşulmayıb və heç bir partiyanı dəstəkləmir.

Bunu SalamNews-a AİP sədrinin siyasi məsələlər üzrə sədr müavini Akif Heydərli bildirib.

Onun sözlərinə görə, hazırda heç bir partiya ilə müzakirələrimiz yoxdur. Lakin müəyyən partiyalar bizə yaxınlaşmaq üçün danışıqlar aparmağa hazır olduqlarını deyiblər. Bizim hələ ki, konkret qərarımız yoxdur. Bunun nəticəsi olaraq yaxın günlərdə AİP-in baş məclisin iclası keçiriləcək və yekun qərar qəbul olunacaq.

A.Heydərli söyləyib ki, baş məclisin iclasından asılı olaraq verdiyimiz qərarlar mütləq bizim kriteriyalara bağlı olmalıdır. Çünki dəstəklədiyimiz alternativ variant olmadığı üçün AİP öz kriteriyalarına cavab verən namizədi seçməlidir.

Xatırladaq ki, son günlər Ədalət Partiyası, Yaşıllar Partiyası və İslam Partiyası arasında "VƏTƏN" Siyasi Blokunun genişlənməsi haqqında ciddi danışıqlar gedir. "VƏTƏN" Siyasi Blokunun icraçı katibi Mayis Güləliyevin verdiyi açıqlamaya görə, bu partiyalar arasında gedən müzakirələr hələlik seçki prosesində əməkdaşlığı əhatə edir. Amma perspektivdə əməkdaşlıq daha geniş formatda və daha əhatəli olacaq.

Belə ki, Ədalət Partiyasından prezidentliyə namizədliyi irəli sürülən İlyas İsmayılovu VƏTƏN Bloku özünün vahid namizədi elan edib. Yaşıllar Partiyası və İslam Partiyasının da seçkilərdə İlyas İsmayılovu dəstəkləyəcəyi bildirilir.

Geri qayıt