Əsas Səhifə > Partiya > MÜSAVAT DAXİLİNDƏ ƏSL DEMOKRATİYA VAR?

MÜSAVAT DAXİLİNDƏ ƏSL DEMOKRATİYA VAR?


3-09-2013, 11:51
MÜSAVAT DAXİLİNDƏ ƏSL DEMOKRATİYA VAR?
Biz onlara yaşlarını müəyyən etmək üçün seçkilərə şəxsiyyət vəsiqəsi ilə qatılmalarını təklif etmişdik. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Müsavat Gənclər Təşkiltının sədrliyinə namizəd olan Rauf Məmmədli partiyanın Gənclər Təşkilatının sədrliyinə keçirilən seçkilərin nəticəsi ləğv olunması məsələsinə münasibət bildirərkən deyib.

Rauf Məmmədli bildirib ki, partiyanın qərarına hörmətlə yanaşır: “Müsavat Partiyasının əsasnaməsinə görə, yaşı 29-u tamamlamış şəxslər seçkilərdə iştirak edə bilməz. Bizim bölgələrdə fəaliyyət göstərən gənclər var ki, bizimlə sıx əlaqədə olmur. Onlar haqqında ətraflı məlumata malik deyilik. Amma partiyada onlar haqqında məlumat var. Sadəcə olaraq biz onlara yaşlarını müəyyən etmək üçün seçkilərə şəxsiyyət vəsiqəsi ilə qatılmalarını təklif etmişdik. Onların da böyük əksəriyyəti şəxsiyyət vəsiqələrini gətirməyi unutmuşdular. Biz iki nəfər ayırmışdıq ki, həmin şəxslərin qeydiyyatını aparsınlar. Onların adları siyahıda yazılıb. Amma yaşları bilinməyib. Onlar da səsvermədə iştirak ediblər. Mən və Cavid Hacıbəyli səslərin hesablanması üçün 3 nəfər namizəd irəli sürmüşdük. Say Komissiyası da seçkidə baş verən nöqsanları araşdırılmalı idi. Əvvəllər bu məsələ ilə Təşkilat Komitəsi məşğul olurdu. Sonradan Təşkilat Komitəsi məsələni araşdırıb, orada olan nöqsanları aşkar edib. Partiya da baş verən nöqsanlara görə seçkinin nəticəsini ləğv edib”.

Rauf Məmmədli növbəti seçkinin keçiriləcəyi ilə bağlı tarixin hələ dəqiqləşmədini bildirib.

Eyni zamanda növbəti seçkidə namizəd olub olmayacağı məsələsinə də aydınlıq gətirib.

“Gənclər Təşkilatının fəaliyyətində aktiv olan gənclərlə məsləhətləşmələr aparıldıqdan sonra seçkidə kimin namizəd olacağına qərar verəcəyik. Ola bilsin ki, mən yenidən namizədliyini irəli sürüm. Bu barədə qəti qərarımız hələ yoxdur”.

Geri qayıt