Əsas Səhifə > Güney Press, Üçüncü sektor > CAVİD QURBANOVUN QARANLIQ KEÇMİŞİ
CAVİD QURBANOVUN QARANLIQ KEÇMİŞİ3-09-2013, 11:54 |
Ötən günlərdə Xaçmaz rayonundan reportaj dərc olunmuşdu. Həmin reportajda rayonun bir neçə kafesində əxlaqsızlıq yuvasının olmasını qeyd etmiş və bu məsələdə rayon polis rəisinin adının hallandığını bildirmişdik. Videosüjetlə təsdiqlənən reportajımız deyəsən hədəfə dəyib. Çünki qarşı tərəfin narahatlığı o həddə çatıb ki, həmkarlarımızdan da istifadə edib. Dünən moderator.az saytında yer alan yazı ilə guya bəraət qazanıblar. Üzürü qəbahətindən betər cavab Həmin yazını olduğu diqqətinizə çatdırırıq: “Bəzi internet saytlarında Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirlinin ünvanına həqiqətəuyğun olmayan məlumatlar yayılıb. Həmin məlumatda polis rəisinin guya rayonda əxlaqsızlıq yuvalarına arxa durduğu iddia olunur. Moderator.az-ın bölgə müxbirinin araşdırması zamanı isə bu iddiaların yalan olduğu üzə çıxıb. Belə ki, polis rəisini əxlaqsızlıq yuvası saxlamaqda ittiham edən şəxsin özünün bu işin sahibi olduğu üzə çıxıb. Həmin adam rayon ərazisində çalışdırdığı kafeni sonradan əxlaqsızlıq yuvasına çevirib. Buna isə rayon polis şöbəsi haqlı olaraq imkan verməyib. Bu qadağadan sonra həmin şəxs bəzi xəbər saytlarına böhtan xarakterli məlumatlar göndərib. Həmin saytlar isə bu xəbərləri araşdırmadan yayınlayıb. Moderator.az-ın araşdırması zamanı bəlli olub ki, bu məlumatları yayan şəxs əvvəllər məhkumluq həyatı da yaşayıb. Uzun zaman axtarışda olan bu adam Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyatı nəticəsində həbs edilib. Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin qərarı ilə o, Cinayət Məcəlləsinin 178.3 maddəsi (Dələduzluq)ilə ittiham olunub. Görünür, dələduzluq əməllərinin ifşa olunduğuna görə çirkli pul qazana bilməyən bu şəxs indi insan alveri ilə özünə pul toplayır. Araşdırmamız zamanı onu da öyrəndik ki, Xaçmaz rayonu Şimal bölgəsində cinayətlərin azlığına və açılmasına görə digər rayonlardan öndədir.” Bizim həmkarlarımızı hədəf almaq niyyətimiz yoxdu. Yazmaq (doymaq) hər kəsin haqqıdır (arzusudur). Amma məsələ araşdırmaya və keçmişi xatırlatmağa qalarsa.... Gundemxeber.az «Azəryolservis»in rəhbəri, millət vəkili Cavid Qurbanovla bağlı redaksiyamızın ünvanına ilginc faktlardan ibarət məlumat daxil olub. Məlumatı ötürən şəxs Cavid Qurbanovun fəaliyyətini, hətta onun həyat tərzini qaranlıq və saxta adlandırır. Mənbə bildirir ki, Cavid Qurbanov Kəlbəcərdə orta məktəbdə oxuyarkən bilik və bacarığı orta səviyyədən aşağı olub. Vəzirov faktoru Millət vəkilinin atası Qəmbər Qurbanov həmin illərdə Kəlbəcər rayonunun XDS-nin sədri olması Cavid Qurbanova ali təhsil ocağını bitirməkdə yardım edib. Mənbə qeyd edir ki, millət vəkili o vaxtkı Şamxor rayonunun Seyfəli kəndində xala və dayıları hesabına rüşvətlə hərbi xidməti başa vurub. Sonradan Əbdülrəhman Vəzirovun Azərbaycan MK-nin birinci katib təyinatı və Qəmbər Qurbanovun birinci katiblə yaxın qohum olması Cavid Qurbanovu ilk vəzifəyə gətirib. Bakının Maştağa qəsəbəsində qaraj müdiri vəzifəsində çalışan Cavid Qurbanov indiki kimi dövlətin əmlakını talamaqla məşğul olub. Mütəllibovla yaxınlıq və çevriliş Ayaz Mütəllibov dövründə isə onun bayrağı altına keçən hörmətli millət vəkili Azərbaycanın birinci prezidentinin xatirinə Maştağaya «qaynana» yolu çəkdirir. Bununla da münasibətlərini Ayaz Mütəllibovla yaxşılaşdıran Cavid Qurbanov xal qazanır. Mənbə iddia edir ki, Cavid Qurbanovun yaxın qohumları Azərbaycanda silahlı yolla dövlət çevrilişini həyata keçirmək istəyən Sürət Hüseynovun silahlı dəstəsinə rəhbərlik edən Romik və Pərvin adlı şəxslərlə əlbir olublar və mərhum prezident Heydər Əliyevin həyatına sui-qəsd planlaşdıran bir qrup hərbiçilərlə birləşən və Qəmbər Qurbanovla çiyin-çiyinə çalışan Rəfael Hüseynov, Maştağalı Tərlan və Ağa adlı hərbi cinayətkarlardan ibarət dəstə ilə birgə planlar çözüblər. Qaçaqlıq illəri Mənbə daha sonra bildirir ki, Cavid Qurbanov mərhum prezident Heydər Əliyev dönəmində də yaltaqlıqla mühüm post tutub. Lakin mərhum dövlət başçısı o vaxtkı «Azəravtoyol» Dövlət Şirkətinin prezidenti Cavid Qurbanovu tutduğu postdan azad edib. Özü də mərhum dövlət başçısının Cavid Qurbanovla bağlı fərmanında belə yazılıb: «Cavid Qəmbər oğlu Qurbanov işdə yol verdiyi və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan respublikası «Azəravtoyol» Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin». Bu cür fərman o zamankı hökumətdə indiki millət vəkilinin həbsi demək olub. Elə bu baxımdan da Cavid Qurbanov canını qurtarmaq üçün Rusiyaya qaçıb. Bir müddət Rusiyada gizlənən, beynəlxalq axtarışda olan Cavid Qurbanov Mahir Cavadovla sıx əlaqələr quraraq dövlət çevrilişi və mərhum prezident Heydər Əliyevə sui-qəsd planları hazırlayırmışlar. Hətta Mahir Cavadovla Cavid Qurbanov xarici dövlətlərdə peşəkar «killer» axtarışına da çıxıblarmış. Yenidən kreslo başında Sonda bu planların baş tuta bilməyəcəyini anlayan Cavid Qurbanov yenidən kanallarını işə salaraq Ziya Məmmədovun köməkliyi ilə mərhum prezident Heydər Əliyevə yalvarıb-yaxararaq əfv diləyib və bağışlanıb. Tezliklə varidat sahibi olan Cavid Qurbanov ölkədə oliqarx-məmurlar sırasına qatılıb. İbrahimovlarla qalmaqal Hörmətli millət vəkili ilə bağlı ilginc məlumatlar bununla tükənmir. Belə ki, Cavid Qurbanovla ATV kanalının sədri arasında da qalmaqal yaşanıb. Buna səbəb isə Cavid Qurbanovun vaxtı ilə Tağı İbrahimova hədiyyə etdiyi «Texnika-A» şirkətini yenidən geri istəməsidir. Bu şirkət iri dövlət layihələrinin icrası zamanı sahib olduğu texnikanı icarəyə verməklə məşğuldur. Bəs, nədən Cavid Qurbanov ona milyonlarla qazandıran bu şirkəti Tağı İbrahimova hədiyyə edib? Söhbət ondan gedir ki, vaxtı ilə Cavid Qurbanov Tağı İbrahimovun münasibətləri çox yaxşı olub. Bu münasibətlər get-gedə daha da sıcaqlaşıb və Cavid Qurbanovla Tağı İbrahimov arasından su keçməyib. Amma «Texnika-A»-nın Tağı İbrahimova hədiyyə edilməsinin səbəbi təkcə bu deyil. Biz bunun gerçək səbəblərini bildiyimizdən sadəcə məişət məsələsi olduğuna görə qəzetimizdə açıqlamırıq. «Texnika-A» Tağı İbrahimova hədiyyə edildikdən qısa müddət sonra o, şirkəti bacısı oğlunun adına rəsmiləşdirib. Lakin indi Tağı İbrahimovla Cavid Qurbanovun arası dəyib və onların münasibətlərində soyuqluq yaranıb. Bu baxımdan «Azəryoservis»in rəhbəri «Texnika-A»nı geri qaytarmaq istəyir. Artıq bu barədə Tağı İbrahimova dəfələrlə xəbər göndərilib. Ancaq ATV-nin prezidenti Cavid Qurbanova rədd cavabı verib. Cavid Qurbanov isə «Texnika-A»nı geri qaytarmaqda israrlıdır. Onun bu məqsədinə nail olub-olmayacağını isə zaman göstərəcək. Geri qayıt |