Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BƏRDƏDƏ QAÇQINLIQ VƏSİQƏSİ SATILIR

BƏRDƏDƏ QAÇQINLIQ VƏSİQƏSİ SATILIR


3-09-2013, 12:01
BƏRDƏDƏ QAÇQINLIQ VƏSİQƏSİ SATILIR
Bərdədə məskunlaşmış qaçqınlar öz statuslarını təsdiqləyən vəsiqəni almaq üçün müraciət etdikləri dövlət qurumunda qəribə vəziyyətə düşüblər. Jam.az-a verilən məlumata görə, «Qaçqınkom»un Bərdə rayonu üzrə məsləhətçisi Sərdar Zeynalov adlı şəxs qaçqınlara qaçqınlıq vəsiqəsini satmaqla məşğuldur.

Həmin məlumatda vurğulanır ki, sözügedən vəsiqənin qiyməti 20 manatdır. Bu pulu verən sənədi rahatlıqla ala bilir. Əks təqdirdə isə bu sənədə sahib olmaq ən azından 10-15 dəfə nümayəndəliyə gəlib getməyə bərabər olur. Bu əziyyəti yaşamaq istəməyənlər də bəribaşdan 20 manatlarını verib, vəsiqələrini almaqla kifayətlənirlər.

Məlumat verən şəxslər onu da deyirlər ki, Sərdar Zeynalovun işi otağında əyləşib, yalınz pullu işlərə baxmaqdır. İddialara görə, o, qaçqınlar üçün tikilmiş şəhərciklərdə mənzillərin satışı ilə də məşğul olub.

Geri qayıt