Əsas Səhifə > Güney Press, Araşdırma > CƏLİLABADDA MƏMURU ŞİL-KÜT ETDİLƏR

CƏLİLABADDA MƏMURU ŞİL-KÜT ETDİLƏR


3-09-2013, 12:10
CƏLİLABADDA MƏMURU ŞİL-KÜT ETDİLƏR
Cəlilabad rayonunda insident yaşanıb. Jam.az-a verilən məlumata görə, ötən həftənin son günləri rayon təhsil şöbəsinin müdiri rayonda abadlıq işlərini həyata keçirən iş icraçısı ilə əlbəyaxa olub.

Həmin məlumatda vurğulanır ki, Dövlətov Cəlilabadda prezident İlham Əliyevin gəlişi ilə əlaqədar görülən işlərlə tanış olmaq istəyib. Lakin bu işləri içkili vəziyyətdə həyata keçirirmiş ki, bu da dava-dalaş üçün zəmin yaradıb. Hadisə şahidlərinin dediyinə görə, təhsil şöbəsinin müdiri iş icraçısının yanına gələrək, onu sərt şəkildə tənbeh edib. Əvvəlcə icraçı ona bir söz demək istəməyib və işləri vaxtında çatdıracağına dair vəd verib. Amma bununla kifayətlənməyən Vidadi Dövlətov iş icraçısını daha da sərt şəkildə tənqid etməyə başlayıb ki, nəticədə qarşı tərəfin əsəbləri tarıma çəkilib və o, təhsil şöbəsinin müdirinə əl qaldırmalı olub. Davanın yarandığını görən ətrafdakı fəhlələr onları ayıraraq, insidenti yatırmağa nail olublar.

Geri qayıt