Əsas Səhifə > Cəmiyyət, Manşet > ARZU RƏHİMOVUN İDARƏSİNDƏ YOXLAMA QƏRARI
ARZU RƏHİMOVUN İDARƏSİNDƏ YOXLAMA QƏRARI3-09-2013, 16:16 |
SHXÇDX ŞEFİ ETİMADI DOĞRULTMAYIB DİA.AZ: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində böhranlı durum hələ də qalmaqdadır. Bu barədə DİA.AZ-ı məlumatlandıran qurumdakı qaynaqların iddiasına görə, əslində ilk günündən böyük etimada layiq görülən bu dövlət xidməti elə ilk çağırış mövüsümündəcə yol verdiyi biabırçılıqlardan dolayı hədəfə çevrildi. Doğrudur, bu faktın özü belə Arzu Rəhimovun rəhbərlik etdiyi xidmətlə bağlı planların aktuallığını itirməsinə nədən ola bilmədi. Amma olan artıq oldu və redaksiyamıza daxil olan informasiyalar da təsdiqləyir ki, SHXÇDX sistemi ilə bağlı islahatların həyata keçirilməsi gözləniləndir. DİA.AZ-a bu barədə hərbi qaynaqlardan ilginc faktlar ötürülüb. Mötəbər mənbənin bildirdiyinə görə, SHÇXDX-nin strukturlarında, yəni ayrı-ayrı rayonların hərbi komissarlıqlarında ciddi kadr islahatları gözlənilir: «Doğrudur, ilk günündən Arzu Rəhimov bütün hərbi komissarları vəzifələrindən azad etdi. Amma sonradan onların hamısı öz postlarına, sadəcə olaraq, yeni ad altında bərpa olundular. Bunun ardından isə SHÇXDX sisteminin ayıbları bir-birinin ardından üzə çıxdı. Çağırışçıların vaxtında toplanmaması, həmçinin sağlıq durumu qaydasında olmayan çağırışçıların az qala kütləvi qaydada cəlb olunması və bunun da ardından aşkar korrupsiyanı sübuta yetirən yeni əsgərlər arasında xəstəlikdən ölmə hallarının artması Arzu Rəhimovun aktivinə yazılan ən böyük mənfilik kimi diqqətə gəldi». Məhz bu səbəbdən yenidən SHÇXDX-də kadr islahatlarının zəruriliyiin aktuallıq qazandığını bildirən mənbəmiz onu da vurğuladı ki, konkret olaraq üç rayonun - Bakının Yasamal və Xətai rayonlarının, həmçinin Tərtər rayonunun hərbi komissarlığının ciddi surətdə yoxlanılması planlaşdırılır. Geri qayıt |