Əsas Səhifə > Cəmiyyət, Manşet > HAKİMİYYƏT RAMİZ MEHDİYEVLƏ YOLLARINI AYIRIR

HAKİMİYYƏT RAMİZ MEHDİYEVLƏ YOLLARINI AYIRIR


3-09-2013, 16:25
HAKİMİYYƏT RAMİZ MEHDİYEVLƏ YOLLARINI AYIRIR
DƏNGƏ DƏYİŞİKLİYİ BUNU DİQTƏ EDİR

DİA.AZ: - Son günlər lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin özünün belə hədəfə çevrilməsi iqtidar içində dəngələrin dəyişməsindən xəbər verir. Belə ki, dünənə qədər sabiq rektora ölkəyə gəlişi üçün təminat verməyə hazır olduğunu bildirən rəsmi Bakı təmsilçiləri indi də Elşad Abdullayevin Azərbaycana gətirilməsinin vacibliyindən danışır və onun həbsinə tədarük görür. Hər halda Elşad Abdullayevin beynəlxalq axtarışa verilməsi çox ciddi dəyişiklərin təzahürü kimi qəbul olunmalıdır.

Bu hal isə birbaşa olaraq iqtidar daxilində yüni düzənin formalaşmasına gətirib çıxarır. Bununla bağlı DİA.AZ-a məlumatı verən mötəbər mənbə iddia edir ki, əslində Elşad Abdullayevin bu gün yaydığı və yaymağa hazırlaşdığı bütün videoçəkilişlərin bir nüsxəsi Azərbaycanın xüsusi xidmət orqanlarına və dövlətin digər müvafiq strukturlarına göndərilib: «Sadəcə olaraq həmin videoçəkilişlərin hansı ardıcılıqla ictimailəşməsi məsələsi var. Məsələ bu idi. Elşad Abdullayev isə açıqlama verərək bildirir ki, o, missiya həyata keçirib. Yəni deməli, missiyası başa çatıb».

Məlumatlı mənbə DİA.AZ-a bildirir ki, dəngələr dəyişibsə, ona uyğun olaraq da proseslər yeni axara meyillənəcək: «Bu, heç də o demək deyil ki, Ramiz Mehdiyev cinahı önə çıxır. Əksinə, vəziyyət tamam fərqlidir. Artıq kənar basqıları dəf etməyə müvəffəq olan rəsmi Bakı həm də öz daxilində yeni düzəni formalaşdırma yönündə addımlarını atmaqda rahat olacaq. Bu isə Prezident Administrasiyası rəhbərliyi və onun komandası üçün uğurlu nəsə demək deyil».

Mənbəmiz onu da əlavə etdi ki, prezident seçkilərinə qədər bir sıra mühüm postlarda yeniliklər baş verə bilər: «Bunun tədarükü çoxdan görülməkdədir. Amma məsələ Ramiz Mehdiyevin vəzifəsindən alınmasına gəlirsə, bu hadisə seçkisonrasına qədər uzanacaq. Kimsə iddia edə bilməz ki, Ramiz Mehdiyev vəzifə başında əbədidir. Ən azından yaş məsələsi onun gedişini labüdləşdirir. Lakin burada bir məqam var: Mehdiyev necə yola salınır. Bu dəfə görünəni odur ki, Mehdiyevə heyəti ilə birgə «əlvida» deyilir».

Geri qayıt