Əsas Səhifə > Sosial, Manşet > ŞƏKİ SAKİNİ NƏDƏN YAP SIRALARINI TƏRK EDİB?

ŞƏKİ SAKİNİ NƏDƏN YAP SIRALARINI TƏRK EDİB?


4-09-2013, 11:20
ŞƏKİ SAKİNİ NƏDƏN YAP SIRALARINI TƏRK EDİB?
HƏKİMLƏRİN RÜŞVƏT TƏLƏB ETDİYİNİ DEYƏN 2-Cİ QRUP ƏLİLİN HARAY SƏSİ

DİA.AZ: - Şəki şəhər, 20 Yanvar küçəsi 56, mənzil 31-də yaşayan Ağayev Əlövsət Ağa oğlu tərəfindən redaksiyamıza şikayət məktubu ünvanlanıb. DİA.AZ-a üzləşdiyi problemlərdən yazan narazı vətəndaş səhiyyə sistemindəki biabırçı durumdan şikayətçidir. Vətəndaş yazır:

«Mən özüm 2-ci qrup hərbi xidmat əliliyəm, 62 yaşımda hələ bir dəfə də olsun rüşvət verməyən adamam. 2013-cü ilin fevral ayından sol ayağım və sağ qolum tutulub. Rüşvət vermədiyimə görə Şəkidə heç bir həkimi məni müalicə etmək istəmir. Hər kəs biri-birinin üstünə atır. Yaranmış vəziyyətlə bağlı prezident İlham Əliyevə də şikayət məktubu ünvanlayaraq, məhz rüşvət istənildiyinə görə, üzvü olduğum YAP-ın sıralarından çıxarılmağımı xahiş etmişəm. Həmçinin Azərbaycan vətəndaşlığından da imtina etdiyimi bildirmişəm.

Həkimlərin rüşvətxorluğu ilə bağlı 29 iyul 2013-cü il tarixdə Şəki rayon prokurorluğuna ərizə ilə müraciət etsəm də, mənim şikayətimə məhəl qoyan olmadı. Mən isə bu xəstə halımla müalicə olunmağa ehtiyacım olsa da, rüşvət verə bilmədiyimdən Allahın ümidinə buraxılmışam. Dəfələrlə Şəkinin baş həkimi məni qovub ki, bu da nə insanlığa, nə də həkimlərin Hipokrat andına sədaqətlərinə uymayan bir hərəkətdir».

Daha sonra Şəki sakini baş həkim Nağdəli Balaşovun onun barəsində sağlam rəy verməsini də qanunsuz hesab edir: «O, bildirir ki, guya mən müalicə almışam. Əgər belə olsaydı, sonradan mənim bədənim iflic vəziyyətinə düşməzdi. Xahiş edirəm, mənə köməklik edəsiniz».

Qarşı tərəfi də dinləməyə hazırıq.



Geri qayıt