Əsas Səhifə > Dünya > ABŞ-I ŞOKA SALAN CANİ YENƏ DƏ HEYRƏTLƏNDİRDİ
ABŞ-I ŞOKA SALAN CANİ YENƏ DƏ HEYRƏTLƏNDİRDİ4-09-2013, 11:25 |
ABŞ-ın Ohayo ştatında 3 qadını qaçıraraq 10 ilə yaxın zorla girov saxlayan Ariel Kastro həbsxanada intihar edib. Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Orient şəhərindəki həbsxananın əməkdaşları ömürlük azadlıqdan məhrum edilmiş 53 yaşlı Ariel Kastronun dünən kamerada özünü asdığını bildiriblər. Qeyd edək ki, amerikalıları şoka salan Ariel Kastro 2002-2004-cü illərdə müxtəlif vaxtlarda qaçırdığı Amanda Berry, Gina Dejesus və Michelle Knighta dəfələrlə təcavüz edib. Porto-Riko əsilli orta məktəb sürücüsü olan Ariel Kastro başqa qadın və uşaqlara da çoxsaylı hücum, işgəncə və təcavüzdə günahlandırılıb. Ariel Kastro məhkəmədə ölüm cəzasına məhkum edilməməsi şərti ilə adam qaçırma, təcavüz və zorakılıqla bağlı 987 ittihamı qəbul edib. Avqustun 1-də məhkəmə onu ömürlük azadlıqdan məhrum edib. Geri qayıt |