Əsas Səhifə > Siyasət, Manşet > «AZƏRSUN» HOLDİNQDƏ KÜTLƏVİ İXTİSARLAR
«AZƏRSUN» HOLDİNQDƏ KÜTLƏVİ İXTİSARLAR13-01-2012, 12:37 |
65 YAŞ SENZİ MƏSƏLƏSİ ÖZƏL SEKTORA DA SİRAYƏT EDİR DİA.AZ: - Məlum olduğu kimi, keçən ilin ortalarından etibarən hakimiyyət büdcə təşkilatlarında yeni ixtisarlar həyata keçirdi ki, burada yaş senzi prioritet kimi götürüldü. Yəni yaşı 65-dən yuxarı olanların əksəriyyəti məcburi qaydada pensiyaya göndərildi. Onu da qeyd edək ki, bu siyasət əsasən büdcə təşkilatlarında müşahidə olundu. Qeyri-dövlət təşkilatdarında isə deyəsən, ilk addımı «Azərsun» Holdinq atmağa hazırlaşır. Bu barədə redaksiyamıza holdinqdəki qaynaqlar məlumat verib. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) verilən xəbərdə bildirilir ki, yanvar ayının sonlarından etibarən «Azərsun» Holdinqdə çalışanlara da yaş senzi tətbiq olunacaq. Bu barədə mənbənin söylədikləri: «Artıq rəhbərlik qərarını verib və yaşlı işçilər də məlumtlandırılıb. Onlar sistemli şəkildə işdən azad olunacaqlar». Mənbə onu da bildirdi ki, təxminən 2 minə yaxın şirkət əməkdaşının ixtisara salınması nəzərdə tutulub: «Onların yerinə isə gənc kadrlar götürüləcək». Geri qayıt |