Əsas Səhifə > Partiya > ƏFLAN İBRAHİMOVA QARŞI İDDİA
ƏFLAN İBRAHİMOVA QARŞI İDDİA4-09-2013, 12:33 |
“EL” hərəkatı öz keçmiş üzvü barəsində məhkəməyə şikayət edəcək. Hərəkatdan APA-ya verilən məlumata görə, “EL” hərəkatı, adıçəkilən qurumun Ali Məclisinin keçmiş sədri Əflan İbrahimovun Baş Prokurorluğa əsassız müraciət etməsindən məhkəməyə iddia ərizəsi verəcək. Hərəkat iddia edir ki, Əflan İbrahimov “El”in rəhbərliyində olan şəxslərin adından həqiqətə uyğun olmayan məlumatları Baş Prokurorluğa təqdim edib, bununla da hərəkatın sədri Eldar Namazov, onun müavinləri Köçəri Nağıbəyli, Zəfər Quliyev, Ali Məclisin sədri Eldəniz Quliyevin hüquqları pozulub. İddia tərəfi Ə. İbrahimovun Baş Prokurorluğa ünvanlanan müraciətini böhtan kimi xarakterizə edərək, məhkəmədən hüquqlarının bərpa olunmasını tələb edəcəklər. Qurumdan o da qeyd olunub ki, iddia ərizəsi hazırdır və yaxın günlərdə aidiyyəti məhkəmə instansiyasına təqdim ediləcək. Geri qayıt |