Əsas Səhifə > Cəmiyyət > BƏRDƏNİN DƏRDİ VAR...

BƏRDƏNİN DƏRDİ VAR...


4-09-2013, 13:39
BƏRDƏNİN DƏRDİ VAR...
Son illər ölkədə yeni yolların çəkilməsi və daxili yolların yenidən qurulması istiqamətində xeyli işlər görülür. Hər il dövlət büdcəsindən milyonlarla manat vəsaitin ayrılmasına baxmayaraq, görülən işlərin bir çoxu keyfiyyətsiz olur. Belə vəziyyətlərdən biri də Bərdə rayonunda yaşanır.

Rayondan verilən məlumata görə, 28 saylı Bərdə Yol İstismarı İdarəsinin rəisi İlham Əzimov ad çıxarıb. Bərdədə əksəriyyət onu «asfaltyeyən» kimi tanıyır. Bunun da səbəbi odur ki, Əzimovun çəkdiyi yolların ömrü ən yaxşı halda bir neçə aydan o yana keçmir. Yola vurulmalı olan asfalta min bir «ədva» qatan idarə müdiri bununla həm «qənaət» edir, həm də pul qazanır. Çünki Bərbədə imkanlı adamlar həyətlərini asfaltlaşdırmaq üçün ona müraciət edirlər və bir KamAZ asfaltın da qiyməti işçi pulu qarışıq 1000 manata gəlib çıxır. Bu da İlham Əzimovun işinə yarayır. Elə onun dövlət pulu ilə çəkilən yollardan kəsdikləri də burada işə yarayır.

Bundan əlavə onun digər qazanc yeri isə idarənin balansında olan maşınları şəxsi məqsədlər üçün istifadə etməsidir. Bəzi iddialara görə, idarəyə məxsus yük maşınlarının bir çoxu qeyri-qanuni olsa da ayrı-ayrı adamlara icarəyə verilib. Bundan başqa, idarənin balansında olan və istifadə üçün nəzərdə tutulmuş xüsusi rənglər də İlham Əzizov tərəfindən satdırılır.


Geri qayıt