Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BƏLƏDİYYƏ SƏDRİ "AZƏRİQAZ" RƏHBƏRLİYİNƏ ŞİKAYƏT EDƏCƏK

BƏLƏDİYYƏ SƏDRİ "AZƏRİQAZ" RƏHBƏRLİYİNƏ ŞİKAYƏT EDƏCƏK


5-09-2013, 10:20
BƏLƏDİYYƏ SƏDRİ "AZƏRİQAZ" RƏHBƏRLİYİNƏ ŞİKAYƏT EDƏCƏK
Ötən günlərdə Kürqaraqaşlı bələdiyyəsinin sədri Oruc Məmmədovun Salyan rayon Qaz İstismar Sahəsinin rəisi Xəyyam Rzayevə ünvanladığı rəsmi sorğunu diqqətinizə təqdim etmişdik.

Müraciətdə bildirilirdi ki, bələdiyyə ərazisində yerləşən Kürqaraqaşlı, Beşdəli, Xocalı, Cəngən və Ərəbqardaşbəyli kəndlərində 1219 təsərrüfat subyekti var, ümumilikdə bu 5 kənddə 6 minə yaxın adam yaşayır. Lakin adları çəkilən kəndlərin sakinləri təbii yanacaq növü olan qazdan son dəfə 1988-ci ildə istifadə ediblər.

Salyan Rayon İcra Hakimiyyəti başçısı cənab Tahir Kərimovun ərazidə kənd sakinləri ilə keçirdiyi görüşdə bu problemin qaldırıldığını, orada Qaz İstismarı Sahəsinin rəisi Xəyyam Rzayevin iyul ayının sonuna qədər heç olmasa beş kənndən birinə- rayona bitişik Küraqraqaşlı qəsəbəsinə qaz xəttinin çəkilişi başa çatdırılacağına söz verdiyini xatırladan bələdiyyə sədri bildirib ki, hava soyuyanadək bu işin başa çatacağına sakinlərdə artıq inamsızlıq yaranıb. O, məsələ ilə bağlı sakinlərin Prezidentə müraciət etmək istəyiyini, bu məqsədlə imza toplanılmasına başlanıldığını narahatlıqla bildirərək, əhaliyə səhih məlumat verilməsi üçün qazlaşdırılma ilə bağlı tədbirlər planı barədə rəsmi açıqlama verilməsini istəyib.

Qaz İstisimar Sahəsi Kürqaraqaşlı bələdiyyəsinə bu məzmunda cavab yollayıb:

“Sizin Salyan QİS-ə ünvanladığınız 69 saylı, 16.08.2013-cü il tarixlı məktubunuza cavab olaraq bildiririk ki, Salyan rayonunun Kürqaraqaşlı kəndində əsaslı təmir işləri aparılaraq qaz xətləri yenilənmiş və 327 abonent təbii qazla təmin olunmuşdur. Salyan rayonunun Beşdəli, Xocalı, Cəngən və Ərəbqardaşbəyli kəndləri və Kürqaraqaşlı, kəndinin qalan hissəsinin qazlaşması “Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq mərhələli həyata keçiriləcəkdir.”

infom.az-a danışan Kürqaraqşlı bələdiyyəsinin sədri Oruc Məmmədov QİS-n bu cavabının onları qane etmədiyini bildirib: “Kürqaraqaşlı kəndində 327 abonentin təbii qazla təmin edilməsi hələ həmin kəndin tam qazlaşdırılması demək deyil. Halbuki orada köhnə xətlər yerindədir, onları qısa vaxt ərzində az vəsaitlə təmir və bərpa etmək olardı.

Qalan kəndlərdəki 892 abonentə nə vaxt qaz veriləcəyinə konkret cavab verilməyib. Daha səhih məlumat almaq üçün “Azəriqaz”a rəsmi müraciət edəcəyik.”

Geri qayıt