Əsas Səhifə > Güney Press, Araşdırma > İCRA BAŞÇISININ KÖPƏK SEVGİSİ

İCRA BAŞÇISININ KÖPƏK SEVGİSİ


5-09-2013, 10:54
İCRA BAŞÇISININ KÖPƏK SEVGİSİ
Azərbaycanda bəzi rayonları idarə edən bütün vəzifəli şəxslər əsasən qohum-əqrabadan ibarətdir. Redaksiyamıza verilən məlumata görə, həmin rayonlardan biri də Tovuzdur.
Məlumatda vurğulanır ki, rayonun icra başçısı Tofiq Zeynalov iş başına keçdiyi gündən bütün qohumlarını vəzifələrə keçirib. Hətta rayonun kəndlərindəki suvarma işlərini belə öz yaxınlarına həvalə edib. Məsələn, icra başçısının əmisi nəvəsi köməkçisi, maliyyə idarəsinin müdiri dayısı oğludur. Bu həmin siyahıda sadəcə kiçik bir hissədir. Tam siyahını isə yaxın günlərdə oxucuların diqqətinə çatdıracağıq.
Amma məsələnin qəribə tərəfi odur ki, Tofiq Zeynalov insanlara belə yuxarıdan aşağı baxır. Elə bunun nəticəsidir ki, Tovuzun icra başçısı yaşadığı Qovlar qəsəbəsindəki evində böyük bir it saxlayır. Həmin it isə gecə və gündüz açıq olur. Bu heyvanın sahibindən başqa heç kimə itaət etmədiyini bildirən mənbə iddia edir ki, o, kənar şəxsləri gördükdə hücum edərək, onu tutur. Və bu tutma sahibi ona çəkilmək əmrinə verənə qədər davam edir. Tovuzun icra başçısı camaatı necə ələ salır?
Mənbə bildirir ki, itin bir neçə dəfə qonşuluqda uşaq və böyüklərə hücum etməsi halları olub. Bununla bağlı icra başçısının qapısına gələnlər şikayət etsələr də, Tofiq Zeynalov onları qapıdan qovmaqla yanaşı, həm də təhdid edib. Hətta xəbərdarlıq edib ki, əgər kimsə onun itinə toxunarsa, onu ömürlük həbs gözləyir.

Mövzuya qayıdacağıq.

Geri qayıt