Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇISI VƏTƏNDAŞI HƏBSLƏ ŞANTAJ EDİR

İCRA BAŞÇISI VƏTƏNDAŞI HƏBSLƏ ŞANTAJ EDİR


5-09-2013, 11:29
İCRA BAŞÇISI VƏTƏNDAŞI HƏBSLƏ ŞANTAJ EDİR
DİA.AZ: - Redaksiyamıza Suraxanı rayon, Bülbülə qəsəbəsi, Ilqar Məmmədov küçəsi ev 8, mənzil 6-da yaşayan rus ailəsi- Timoşkinlərin müarciəti daxil olmuşdur . Müraciəti göndərən şəxs Timoşkina Mariyadır. DİA.AZ bildirir ki, bu barədə tia.az portalı xəbər yayıb. Müraciətdən məlum olur ki, ailənin 6 nəfər üzvü var- Timoşkina Alla İvanovna, Timoşkina İlona Viktorovna, İlonanın oğlu Samir Muxitddinov, və ailənin tərkibində ikinci ailə- Timoşkin Vyaçeslav Viktoroviç, Timoşkina Mariya, onların oğulları Timoşkin Vadim Vyaçeslaveviç. Ailənin ağbirçəyi Timoşkina Allanın 70-yə yaxın yaşı var.

Müraciətdən məlum olur ki, Timoşkinlr ailəsinin deyilən ünvandakı mülklərinin cəmi 28 kv.metr sahəsi var ki, bunun da 16,7 kv.metri yaşayış üçün yararlıdır.

Bu çətinliyi aradan qaldırmaq üçün Timoşkinlər özlərinə məxsus həyətdə yeni bir ocaq yeri düzəltmək istəyirlər və işə başlayırlar- mənzilə bitişik olmaqla 14 kv metrlik başqa bir otaq inşa edirlər.

“Maliyyə cətinliyi olduğundan həmin tikintinin dam örtüyünü tamamlaya bilmədik. Hal-hazırda yaşadığımız mənzildə çox çətinlik çəkirik. Deyiləsi və yazılası deyil. Indi həmin mənzilin inşasının başa çatdırılmasına da mane olurlar.

Bildiyimizə görə, prezident İlham Əliyev cenabları Bakı şəheri və Bakı etrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə əlaqədar büdcədən xeyli vəsait ayırmışdır. Bizim yaşadığımız Suraxanı rayonunun abadlaşması üçün isə 2 milyon vəsait ayrılmışdır.

Biz istərdik ki, barı bu vəsaitdən bizə də şamil olunsun.

Bizim mənzil 74 sayli MIS- in tabeçiliyində olduğu üçün mənzildə yaranan bütün problemler həmin MIS-in üzərinə düşür. 74 saylı MIS Suraxani Rayon İcra Hakimiyyətinə tabedir 03.05.2013-ci il tarixdə Suraxana Rayon İcra Hakimiyyetinin Başçısı İlqar Abbasova rəsmi müraciət etdik. Həmin muraciətin cavabı nədənsə 74 saylı MIS-ə deyil, Suraxanı RİH-nin Bül-bülə nümayəndəliyinə göndərilmişdir. Bu cavab məktubu 13.05.2013-cu il tarixdə Suraxanı RİH-nin 1-ci müavini Huseyn Həsənovun imzası ilə göndərilmişdir. Bül-bülə qəsəbə nümayəndəliyi isə bizim evlərin onların balansında olmadığını bildirir.

“Beləcə də çıxılmaz vəziyyətdə qaldıq və problemi mətbuatda qabartmağa çalışdıq. Bir sıra KİV-lərdə, eləcə də TİA.AZ-da bizim ailənin problemləri öz əksini tapdı. Mən bundan sonra Suraxanı RİH başçısı İlqar Ababsovun qəbulunda oldum. Amma İlqar Ababsov kömək etmək əvəzinə məni hədələməyə başladı: sizə heç bir köməklik etməyəcəm. Bunun da səbəbi odur ki, siz səviyyəsiz, qara qazetlərə yazırsız. Onların sizə heç bir kğməkliyi dəyməyəcək. Ara yerinde özünüzü biabır edirsiniz. Onlar mənə heç nə edə bilməyəcək. Əlinizi üzün bu tikilidən. Mən sizə imkan verməyəcəm bu tikilini başa çatdırasınız.Siz məsələni mətbuata ötürməklə özünüzə nahaqdan problem yaratdınız. Haralara istəyirsiniz yazın, xeyri yoxdur. Mən heç kimdən qorxmuram, çəkinmirəm. Sizi polisə, məhkəməyə verib daha ağır vəziyyətə salaram.”

Qarşı tərəfi də dinləməyə hazırıq.


İCRA BAŞÇISI VƏTƏNDAŞI HƏBSLƏ ŞANTAJ EDİR
İCRA BAŞÇISI VƏTƏNDAŞI HƏBSLƏ ŞANTAJ EDİR
İCRA BAŞÇISI VƏTƏNDAŞI HƏBSLƏ ŞANTAJ EDİR
Geri qayıt