Əsas Səhifə > Şou-biznes > XANIM MÜĞƏNNİMİZDƏN CƏSARƏTLİ ADDIM

XANIM MÜĞƏNNİMİZDƏN CƏSARƏTLİ ADDIM


5-09-2013, 11:32
XANIM MÜĞƏNNİMİZDƏN CƏSARƏTLİ ADDIM
Gənc ifaçı Mehin Hümbətova saçlarının bir hissəsini keçəlləşdirib.

Axşam.az-ın məlumatına görə, müğənninin yeni imicində diqqət çəkən məqamlardan biri də başındakı ulduz şəkli olub.

Çoxdandır bu cür saç düzümü arzuladığını deyən Mehin insanların onu qınadıqlarını bildirib:

“Saçlarımda yeniliyə ehtiyac duydum, ona görə də belə bir düzüm etdirmək qərarına gəldim. Xeyli vaxtdır ki, ağlımda bu cür saç düzümü etdirmək var idi. Sadəcə dəqiq nə istədiyimə əmin deyildim. Yaradıcı olmağı sevirəm.

Çox insanların saçlarıma heyfi gəldi. Bu səbəbdən məni qınayanlar oldu. Amma mən bunları əvvəlcədən gözə almışdım. Bu cür reaksiyaların olması normaldır. Təbbi ki, bəyənənlər də oldu.

Əsas insan özünə yaraşdırmalıdır. Məncə, pis alınmayıb. Yaddaşlarda buruqsaç Mehin kimi qalmışdım. Bu dəyişiklik riskli oldu. Təbii ki, yenə də buruq saçlarımın bir qismi olduğu kimi qalıb”.


XANIM MÜĞƏNNİMİZDƏN CƏSARƏTLİ ADDIM
Geri qayıt