Əsas Səhifə > Dünya > VƏHABİLƏR SURİYADA MEYDAN SULAYIR

VƏHABİLƏR SURİYADA MEYDAN SULAYIR


5-09-2013, 12:30
VƏHABİLƏR SURİYADA MEYDAN SULAYIR
Dəməşqin baş yepiskopları Suriya tarixinin təcavüzə məruz qaldığını bildiriblər.

SalamNews-un əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, Suriyada hakimiyyət əleyhinə cihad etməyi iddia edən “ Nusra Cəbhəsi” və “Şam Azadələri” radikal silahlı qruplaşmaları Dəməşqətrafı əyalətin Məlula rayonunda yerləşən Mar-İlyas kilsəsini yandırıblar. Dünən silahlı qruplaşmalar və yerli müdafiə komitələri arasında gedən şiddətli qarşıdurmalardan sonra silahlılar rayona giriblər. Qarşıdurmada yerli müdafiə komitələri üzvlərindən çoxunun öldürüldüyü söylənilir.

Bu arada Dəməşqin baş yepiskopları hadisəni pisləyiblər və Suriyanın onun tarixi və gələcəyini hədəfə alan müharibəyə məruz qaldığını deyiblər.

Silahlı qarşıdurmalar Paytaxtın Cubər, Bərzə rayonlarında daha şiddətli olub. Şiddətli qarşıdurmalar Hələb və Humsda da qeydə alınıb.

Geri qayıt