Əsas Səhifə > Partiya > "MİLLİ ŞURADAN AYRILMAQ İSTƏYƏNLƏR"...
"MİLLİ ŞURADAN AYRILMAQ İSTƏYƏNLƏR"...5-09-2013, 12:35 |
"Milli Şura bu gedişlə AXCP-Müsavat birliyinə dönəcək. Bu iki partiya liderinin ambisiyaları bütün birlikləri pozur. İndiyə qədər yaradılmış birliklərin pozulma səbəbi İsa Qəmbərlə Əli Kərimlinin ambisiyası və eqosudur. Əgər Milli Şuradan kimlərsə çıxmağa qərar veribsə, deməli, səhvlərini başa düşüblər". Bu sözləri Hafta.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib. O bildirib ki, “El” hərəkatının Milli Şuradan ayrılan üzvləri gec də olsa, düz yola gəliblər. Bu şurada təmsil olunanlar heç də Azərbaycan maraqlarına xidmət etmir. Ona görə Milli Şuradan nə qədər çox adam çıxsa, o qədər yaxşıdır: "Bunlar oyun oynayırlar. Adı da “Aldanmış Kəvakib”dir. Əvvəl özlərinə Rüstəm adında bir Sərrac obrazı tapmışdılar. İndi də Sərrac rolunu Cəmil Həsənliyə veriblər. Cəmil bəy gözəl tarixçidir. Uğursuz və ambisiyaları özlərindən yekə olan insanlardan uzaq olmalı idi. Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Milli Şuranın ehtiyat vahid namizədinin müəyyənləşməsinə münasibət bildirərkən deyib ki, “Cəmil Həsənlinin seçkilərdə qalib gəlməsi mümkün deyil. Çünki onu seçkiyə aparan komanda etibarsızdır. Milli Şuraya daxil olan adamlara bir baxın. Onlar 1988-ci ildə KQB-nin meydan hərəkatına girişdilər. 1990-cı ildə xalqı qırğına apardılar, 1992-ci ildə dövlət çevrilişi edib, hakimiyyətə gəldilər. 1993-cü ildə isə ölkəni vətəndaş müharibəsi ilə üz-üzə qoydular. Bu adamları xalq yaxşı tanıyır və onlara dəstək verməyəcək. Ona görə Cəmil Həsənlinin seçkilərdə kifayət qədər səs toplaması qeyri-mümkündür". Araz Əlizadə Milli Şura haqqında danışarkən “El” hərəkatından olan Cəmil Quliyevin Milli Şuradan çıxmağına haqq qazandırıb: "Bilirsiniz, zaman-zaman insanları daha yaxşı tanımaq olur. İsa Qəmbərlə Əli Kərimlinin iddiaları onların olduğu bütün yerdə münasibətləri və birliyi pozur. Milli Şuradan ayrılmaq fikrində olan, bu 2 şəxsi ittiham edən nə qədər insan varsa, haqlıdırlar. Bir daha vurğulamaq istəyirəm ki, Milli Şura Azərbaycandan qıraqda hazırlanmış bir layihədir". Geri qayıt |