Əsas Səhifə > Partiya > İSLAMÇILAR HEÇ BİR BLOKA QOŞULMAYIB
İSLAMÇILAR HEÇ BİR BLOKA QOŞULMAYIB5-09-2013, 12:41 |
Bugünkü müsahibimiz Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafovdur: – Elçin müəllim, Mövsüm Səmədovun namizədliyi ilə bağlı mətbuatda ikili münasibətlər getdi. Bəziləri dedi ki, sənədlər təqdim edilməyib, partiya sözçüsü Akif Heydərli isə dedi ki, sənələr təqdim edilib. Qarşı tərəfdən daha obyektiv bir sual ortaya qoyuldu ku, sənədlər təqdim edilibsə, qəbz niyə alınmayıb? – Azərbaycan İslam Partiyasının digər partiyalar kimi prezidentliyə namizəd irəli sürməyə haqqı vardır. Biz də bu haqdan istifadə edib partiya sədri Hacı Mövsüm Səmədovun namizədliyini təşəbbüs qrupu vasitəsilə irəli sürmüşük. Məntiqi nəticə olaraq namizədlik sənədlərini MSK-ya təqdim etmişik. Bu və sənədlərin düzgün, seçki təlimatına uyğun tərtib olunması bizim üzərimizə düşən vəzifədir ki, qaydasında həyata keçirmişik. Sənədlərin surətinə imza atdırmışıq, MSK qəbzi dilə gətirirsə, əgər verməyibsə, niyə verməyib, bu bir bəhanədirsə, bəs sənədləri təhvil alan xanım niyə qeybə çəkilib, necə deyərlər "pişikdirsə ət hanı, ətdirsə pişik hanı?" Məmurun məsuliyyəti cansız vəzifə qarşısında deyil, xidmət etməli olduğu vətəndaş qarşısında olmalıdır. Bu, həm də bir vicdan borcudur. Hacı Mövsümə gəldikdə isə, onu cəmiyyət artıq prezidentliyə layiq bilib və imzasını da qoyub. Sözsüz ki, onu haqsız həbs edənlər bu işi xalqdan ki, gizli görməyiblər, o ki, qaldı namizədlik sənədlərinin gizlədilməsinə, qondarma bəhanələrə inananlar görəsən olacaqmı? – Vətən blokuna qoşulmusunuz? Özünüz isə şəxsən Milli Şuradasınız? Bunu necə dəyərləndirirsiniz? – Azərbaycan İslam Partiyası seçki ilə bağlı bir sıra partiyalarla müzakirələr aparmışdır. Bu, təbiidir. Hazırda əvvəlcədən də ehtimal etdiyimiz kimi, Hacı Mövsüm Səmədovun namizədliyinin qeydə alınmayacağı bizə aydın idi. Çünki belə olmasaydı, M. Səmədov, əvvəla, haqsız yerə həbs olunmazdı, ikincisi də, onun nüfuzu hakimiyyəti ciddi narahat edirdi. O ki, qaldı hər hansı bir bloka və ya Milli Şuraya, AİP-in bu barədə heç zaman qərarı olmayıb. Çünki belə qərarları AİP Baş Məclisi verir. Kim partiyamızı hər hansı bir bloka və ya Milli Şuraya daxil edibsə, AİP-dən xəbərsiz bu suala da qoy özü cavab versin. Son nəticə hamıya aydın oldu ki, partiya sədri Hacı Mövsüm Səmədov Milli Şurada heç zaman olmadığını etiraf etdi və buna zərurətin olmadığını bəyan etdi. İndi nə çək-çevirdir, bilmirəm. AİP hələlik heç bir blokda deyil, heç bir quruma rəsmən qoşulmamışdır. – Yaxın Şərqdə, Suriyada gedən proseslər regiona , xasusilə də Azərbaycana hansı təsirləri qoya bilər? – Yaxın Şərqdə baş verənlər bütün müsəlman dünyası üçün narahatlıq doğurmalı hadisələrdir. Müharibə ocağının dünyanın harasında olursa olsun, xüsusən də qəsbkar rejimlərin təhriki və strateji maraqları baxımından baş verən qətliamlar insan faciəsidir. Bu faciədən siyasi maraqlar üçün yalnız zülmkarlar bəhrələnmək istəyəcəklər. Qərbin Suriyada maraqları nə demokratiya, nə də insan amilidir. Regional maraqdır və İsrailin təhlükəsizliyinə regionda zəmanətin yaradılmasıdır. Amma iş bununla bitmir. Sionizm öz siyasətini qlobal dünya, təkqütbdən idarəetmə niyyətini reallaşdırana qədər davam etdirməkdir ki, bundan ötrü niyyəti xalqları, ələlxüsus müsəlman dünyasının söz sahiblərini əzmək, onları daim zülm və ehtiyac içində saxlamaqla məişətlərinə fitnə-fasad toxumu səpməkdir. İkinci tərəfdən bu cür hadisələr insanları, bütün sülhsevər bəşəriyyəti zalıma qarşı etiraza, mənəviyyatının, sərvətinin sahibi olmaq iddiasını irəli sürməyə çağırır. Bu bir oyanışdır ki, haqsızlıq törədənlərin yuxusunu qaçırmaya bilməz. Geri qayıt |