Əsas Səhifə > Cəmiyyət > MƏHKƏMƏ HAKİMİ OĞLUNU NECƏ XİLAS ETDİ?

MƏHKƏMƏ HAKİMİ OĞLUNU NECƏ XİLAS ETDİ?


5-09-2013, 12:47
MƏHKƏMƏ HAKİMİ OĞLUNU NECƏ XİLAS ETDİ?
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Nizami Fərzi oğlunun bir müddət əvvəl Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən hərbi hissəsinin birində hərbi xidmətdə olmuş oğlu ilə bağlı 30gun.az-a ilginc məlumatlar daxil olub. Məlumatlara görə, hakimin oğlu Beyləqanda hərbi xidmətdə olarkən iyrənc cinayət hadisəsi törədib (hadisənin təfərrüatları bizə məlumdur bəzi səbəblərə görə bu barədə yazmırıq). Bundan sonra hakimin oğlu barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi açılıb. Lakin Nizami Quliyev məsələni yoluna qoya bilib. Oğlunu cinayət məsuliyyətindən qurtaran Nizami Quliyevdən isə iyrənc cinayət hadisəsinə məruz qalmış əsgərlərin valideyinləri müvafiq dövlət instansiyalarına şikayət ünvanlayıblar. Amma bunlara baxmayaraq hakimin oğlu məsuliyyətə cəlb edilməyib.

Məsələ ilə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nzami Quliyevlə əlaqə saxladıq. Təəsüflər olsun ki, N.Quliyev oğlunun təxminənə 5-6 ay bundan əvvəl hərbi hissədə törətdiyi iyrənc cinayət əməllərinə münasibət bildirmək istəmədi.

Araşdırmamız davam edir. Yaxın günlərdə məsələ ilə bağlı oxuculara geniş məlumat verəcəyik. Bizi izləyin...


Geri qayıt