Əsas Səhifə > Cəmiyyət, Manşet > RAMİZ RZAYEVİN YERİNƏ HANSI HAKİM İDDİALIDIR?
RAMİZ RZAYEVİN YERİNƏ HANSI HAKİM İDDİALIDIR?5-09-2013, 13:31 |
GENERAL MUNDİRİNİ SATIN ALMAQ İSTƏYİR DİA.AZ: - Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilib. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyamızda təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Məhkəmələrin üzərinə başqa vəzifələr qoyulması yolverilməzdir. Qanuna əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan dövləti adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Hakimlərin vəzifəsində isə göstərilir ki, onlar dövlət adından qərar çıxararkən ədalətli olmalı, obyektivlik nümayiş etdirməli və tərəf saxlamamalıdırlar. Təəssüf ki, bəzi məhkəmələrdə qanunun tələblərinə doğru-düzgün riayət edilmir. DİA.AZ bildirir ki, Quba Rayon Məhkəməsində də ədalət demək olar ki, süqut edib. Məhkəmənin sədri, Füzuli Pənahov qanunlara qarşı çıxaraq neqativ işlərin cərəyan etməsinə zəmin yaradır. Məlumat üçün deyək ki, Füzuli Pənahov karyerası ərzində 1985-1990-cı illərdə Saatlı rayonu «Ulduz» kolxozunda hüquq məsləhətçisi, 1990-2000-ci illərdə Zəngilan Rayon Məhkəməsinin hakimi, 2000-2007-ci illər ərzində isə Astara Rayon Məhkəməsinin sədri vəzifələrində işləyib. 2007-ci ildən isə Quba Rayon Məhkəməsinə sədrlik edir. Etibarlı qaynaqlardan DİA.AZ-a daxil olan bilgilərə görə, sədr altı illik fəaliyyəti ərzində bir sıra qanunsuz qərarların çıxarılmasına rəvac verib ki, bu da Qubada məhkəmə hakimiyyətinin başqa prinsiplər üzərində qurulması ilə nəticələnib. Mənbə bu arada maraqlı bir faktı da açıqladı: “Füzuli Pənahov nazir postuna keçə bilməsi üçün bir ara qollarını çırmamışdı. Özünü maddi imkan baxımından bu mınsəbə hazırlıqlı hesab edib. Hətta araçılardan biri ilə “öyrənin, nə qədər istəyirlər verməyə hazıram” ismarıcını da yollayıb. Sonradan ona məsələ başa salınıb. Bu dəfə də Ali Məhkəmənin sədri olmaq sevdasına düşüb. Indinin özündə də belə bir niyyətinin olduğunu gizlətmir və “yuxarıda” bazarlıq ünvanı axtarışındadır”. Təbii ki, burada pis nəsə yoxdur. Ən azından ona görə ki, general olmaq istəməyən əsgər yaxşı əsgər deyil – deyiblər... Amma bu qədər də yox. Yənu daha əsgər qalxıb general mundirini satın almamalıdır... Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |