Əsas Səhifə > Dünya > TÜRKİYƏDƏ KÜTLƏVİ HƏBSLƏRİN YENİ DALĞASI
TÜRKİYƏDƏ KÜTLƏVİ HƏBSLƏRİN YENİ DALĞASI13-01-2012, 13:42 |
32 NƏFƏRİN TERRORÇU KİMİ QOLLARI QANDALLANDI Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən ölkənin müxtəlif şəhərlərində aparılan xüsusi əməliyyatlar nəticəsində 32 nəfər saxlanılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü TRT Haber telekanalı xəbər verib. Saxlanılanlar bir neçə terror aktında iştirakda və Kürd Fəhlə Partiyasından (PKK) olan terrorçulara yardım etməkdə şübhəli bilinirlər. PKK yaraqlıları həm dinc sakinlərə, həm də ölkənin təhlükəsizlik qüvvələrinə qarşı terror aktlarını sistematik olaraq gücləndirirlər. Belə ki, sentyabrın 22-də PKK-nın hərbi qanadı olan "Kürdüstan Azadlıq Şahinləri" (KAŞ) radikal qruplaşması Ankarada 3 nəfərin həlak olması, 34 nəfərin yaralanması ilə nəticələnən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb. Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib. Geri qayıt |