Əsas Səhifə > Dünya > MÜXALİFLƏRƏ QOŞULMUŞ KEÇMİŞ NAZİR ANKARADA

MÜXALİFLƏRƏ QOŞULMUŞ KEÇMİŞ NAZİR ANKARADA


6-09-2013, 10:32
MÜXALİFLƏRƏ QOŞULMUŞ KEÇMİŞ NAZİR ANKARADA
Daha əvvəl müxalifət tərəfə keçən Suriyanın keçmiş müdafiə naziri Əli Həbib Türkiyəyə gəlib. Bu barədə Trend "əl-Qüds əl-Ərəbi" qəzetinə istinadən məlumat verir.
Nəşrin məlumatına görə, Həbib Türkiyədə olan suriyalı müxalifətçiləri koordinasiya edəcək.
Məlumatda bildirilir ki, Ə.Həbib 2011-ci ildə ölkə hakimiyyəti ilə olan fikir ayrılığına görə vəzifəsindən uzaqlaşdırılıb. Qəzet iddia edir ki, keçmiş nazirin müxalifət tərəfə keçməsi Suriyaya qarşı hazırlanan hərbi əməliyyatla bağlıdır.

Geri qayıt