Əsas Səhifə > Partiya > RƏSUL QULİYEV İNDİ KİMİ TAPIB?

RƏSUL QULİYEV İNDİ KİMİ TAPIB?


6-09-2013, 11:28
RƏSUL QULİYEV İNDİ KİMİ TAPIB?
Açıq Cəmiyyət Partiyasının sədr müavini Faiq Rzayev Hafta.az-a açıqlamasında Rəsul Quliyevlə Sülhəddin Əkbər arasında konflikt olması haqda gedən məlumatlara münasibət bildirib. O bildirib ki, R.Quliyevlə bir həftə əvvəl əlaqə saxlayıblar: “Rəsul Quliyevlə ACP və Sülhəddin Əkbər arasında narazılıq olması haqda gedən məlumatlar şayiədi. Ofisin sahibi bir neçə ayın pulunu istədi, biz də ödəyə bilmədiyimiz üçün qərargahdan çıxarıldıq. Ötən həftə şənbə günü Rəsul Quliyev partiya sədri Sülhəddin Əkbər və rayon təşkilat sədrləri ilə birgə skypela danışdı. Qərargahdan çıxarılmağımız barədə bu günə kimi bir mövqe bildirməyib və heç bir təşəbbüsü olmayıb. Bu məsələ ilə bağlı heç nə danışmayıb”.

Qeyd edək ki, mətbuatda ACP sədri Sülhəddin Əkbərlə lideri Rəsul Quliyev arasında narazılıq olduğu əsas mövzulardan biridir. Bildirilir ki. R.Quliyev sədri postundan uzaqlaşdıracaq.

Yaxın tarixə nəzər salsaq və R.Quliyevin birləşib ayrıldığı insanların siyahısı bir xeyli uzun olar. Ona görə də onun S.Əkbərlə ayrılacağı heç kim üçün sürpriz olmaz.
Xatırladaq ki, Rəsul Quliyev ilk dönəmdə Heydər Əliyevlə bir yerdə olub. Sonra ondan uzaqlaşaraq Aydın Quliyevlə birləşdi. Bu birləşmə sonra İlyas İsmayılovun sədri olduğu ADP-yə qoşulub. İ.İsmayılov istefa verdikdən sonra Sərdar Cəlaloğlunu yanında gördük. Bir müddət sonra isə Açıq Cəmiyyət Partiyasını yaratdı. Burda da öncə Vaqif Mahmudovla, sonra isə Sülhəddin Əkbərlə işlədi. Rəsul Quliyevin bu təşkilat yaratma və dağıtma əməliyyatlarının əksəriyyəti seçki dövrünə düşüb. Maraqlıdır, növbədə kim var? Artıq bir neçə yeni isimlərin adı hallanır. Lakin məlumatlar hələ tam dəqiqləşmədiyi üçün ad çəkmirik.

Geri qayıt