Əsas Səhifə > Sosial, Manşet > YEVLAXDA 1-Cİ SİNİFƏ QƏBUL BAZARA ÇEVRİLİB
YEVLAXDA 1-Cİ SİNİFƏ QƏBUL BAZARA ÇEVRİLİB6-09-2013, 11:56 |
MİKAYIL CABBAROVUN TƏMİZLƏMƏLİ OLDUĞU “ALAQ OTLARI” HƏLƏ ÇOXDUR DİA.AZ: - Mikayıl Cabbarov təhsil naziri postuna təyin edildikdən sonra bir sıra islahatlar aparsa da, hələ də ciddi problemlərin qaldığı nəzərə çarpmaqdadır ki, bunun da fəsadlarını aradan qaldırmaq sonradan çox çətin olacaq. Belə problemlərin başlıca səbəbi kimi isə məhz Misir Mərdanovdan qalma kadrların əksəriyyətinin vəzifə başında saxlanılması faktı göstərilir. Elə Yevlaxda olduğu kimi. DİA.AZ-a daxil olan informasiyalara görə, Yevlax rayonunda biabırçı vəziyyət yaranıb. Bu barədə redaksiyamıza rayondan daxil olan məlumatda deyilir ki, rayon təhsil şöbəsinin müdiri Raquf Mirzəyev bütün orta məktəb direktorlarına tapşırıq verib ki, bu il dərsə gedəcək birinci sinif şagirdlərinin valideynləri ilə ümumi «dil» tapsınlar. Məlumatdar vurğulanır ki, direktorlar da öz növbələrində validyenlərlə danışaraq, onların uşaqlarını daha yaxşı sinifə salacaqları və digər müxtəlif bəhanələrlə onlardan pul qopararaq, yığıb Raquf Mirzəyevə çatdırırlar. Amma problem təkcə bu deyil. Mirzəyev indidən məktəbli geyimindən tutmuş, güdəlik və dəftər satışına qədər hər şeylə məşğul olmağa başlayıb. Üstəlik, direktorlardan əlavə pul yığmağa da start verib. Mənbənin söylədikləri: “Birinci sinifdə “yaxşı yer”in qiyməti 300-400 manatdır. Orta yer üçün isə 100 manat. Ümumiyyətlə isə hər valideyn 50 manat verməlidir. İndi özünüz bu adamların qazanclarını hesablayın”. Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |