Əsas Səhifə > Cəmiyyət, Manşet > ƏYALƏTDƏ PENSİYALAR KİMLƏRƏ QAZANC YERİDİR?

ƏYALƏTDƏ PENSİYALAR KİMLƏRƏ QAZANC YERİDİR?


6-09-2013, 12:46
ƏYALƏTDƏ PENSİYALAR KİMLƏRƏ QAZANC YERİDİR?
SƏLİM MÜSLÜMOVUN ADAMLARI AT OYNADIR

DİA.AZ: - Ölkədə pensiya sistemində olan boşluqlar bəzi məmurların işinə çox yarayır. Gələn məlumatlara görə, hal hazırda bu sahədə ən acınacaqlı durum Goranboyda yaşanır. Belə ki, rayonun Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinin müdiri Eyvaz Nəcəfov açıq bazar sisteminə keçib.

DİA.AZ-a, daxil olan məlumatlarda vurğulanır ki, Nəcəfov rayonda pensiya almaq istəyənlər üçün müəyyən şərtlər formalaşdırıb. Onlardan biri pensiya almaq istəyənin stajı ilə bağlıdır. Əgər vətəndaşın iş stajı azdırsa, bunu düzəltmək elə də çətin deyil. Məsələ ilə bağlı DSMF-nin Goranboy rayon şöbəsinin müdiri Eyvaz Nəcəfova müraciət etmək kifayət edir ki, qısa müddətdə problem çözülsün. Və bunun üçün əlinin cibində olması lazımdır.

Qeyd olunur ki, Nəcəfov bunun müqabilində hər il üçün 500 manat istəyir. Yəni, vətəndaşın iş satıjı 7 ildir və onu 10 ilə qaldırmaq lazımdırsa, 1500 manat vermək kifayət edir.

Amma problem təkcə bunda deyil. Həmçinin Goranboyda pensiyaçıların bir çoxu əmək qabiliyyətini itirmiş insanlar deyillər. Rayonda belə bir zarafat da dolaşır ki, Eyvaz Nəcəfovun «sehirli əli» bığıburma cavanı da «xəstə» edə bilir. Təki, ortada pul olsun. Elə buna görədir ki, rayonda Rusiyada işləyib, evinə pul göndərənin də pensiya almasında qəti problem yoxdur. Rusiyada yaşayan həmin şəxs bircə dəfə DSMF-də olarsa, o zaman bütün müşkilləri həllini tapacaq.

Bəla burasıdır ki, Eyvaz Nəcəfov əlil, əmək qabiliyyətini itirmiş insanların pensiya almasına min bir bəhanə ilə mız qoyur. Elə buna görədir ki, rayonda imkanı olmayanların pensiya almaq istəyi xəyaldan o yana keçmir. Bu azmış kimi, bəziləri ümumi dil tapdıqları şöbə müdiri ilə anlaşma əldə etməyə nail olurlar. Məsələn, pensiya almaq istəyən şəxs kartını ən azından 6 ay Nəcəfova verir və o da bu müddət ərzində onun pullarını götürərək, «pulunu çıxarır».

Mövzuya qayıdacağıq.

Geri qayıt